Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2093
19.08.2021, 13:29
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə keçirilən "Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub. Qarabağın qəsəbə və kəndlərini əhatə edən müsabiqənin qalibləri elan edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu24.com-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən "Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.
Belə ki, münsiflər heyətinin qərarına əsasən təqdim olunan layihələrdən Ağdam rayonunun Sarıcalı, Laçın rayonunun Şəlvə kəndləri üzrə 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçilib. Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi və Xudafərin qəsəbəsi üzrə 1 layihə 2-ci yerə, 2 layihə isə 3-cü yerə layiq görülüb. Kəlbəcər rayonunun Zar kəndi üzrə isə yalnız 1 layihə 2-ci yerə layiq olub. Xatırladaq ki, 1-ci yerin sahibinə 5000 manat, 2-ci yerin sahibinə 3000 manat, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı, digər iştirakçılara isə diplomlar təqdim ediləcək. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.
Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Qalib layihələrdə dayanıqlı həyat şəraitinin yaradılmasına, müasir memarlıq həllərinin milli memarlıqla sintezinə, yaşayış məntəqələrinin gələcək texnoloji inkişafının həlledici istiqamətlərinə dair təkliflər əks olunub. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.
Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytından tanış olmaq mümkündür.
10:56 / 11 Noyabr 2026
1
10:51 / 11 Noyabr 2026
24
10:48 / 11 Noyabr 2026
29
10:45 / 11 Noyabr 2026
39
10:33 / 11 Noyabr 2026
49
10:19 / 11 Noyabr 2026
63
10:13 / 11 Noyabr 2026
61
10:10 / 11 Noyabr 2026
71
10:10 / 11 Noyabr 2026
197
10:09 / 11 Noyabr 2026
113
09:56 / 11 Noyabr 2026
70
09:37 / 11 Noyabr 2026
754
09:35 / 11 Noyabr 2026
104
09:29 / 11 Noyabr 2026
85
09:25 / 11 Noyabr 2026
92
09:24 / 11 Noyabr 2026
80
09:22 / 11 Noyabr 2026
115
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
141
08:53 / 11 Noyabr 2026
499
01:50 / 11 Noyabr 2026
426
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.