Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
8054
26.12.2020, 11:14
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Təltif olunanlar arasında generallar da var. General-mayor Tofiq Hüseynov isə Vətən müharibəsinə görə ilk dəfə ötən gün təltif edilib.
Məlumat üçün bildirək ki, general-mayor Tofiq Hüseynov Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanı general-leytenant Şahin Məmmədovun 1-ci müavini - Qərargah rəisidir.
O, 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib.
1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri olub. 2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 2017-ci il 27 yanvar tarixli sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilib. Bir il sona, Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə gətirilib.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə, 2010-cu ildə "Hərbi xidmətlərə görə” və 2020-ci ilin martında isə "Vətən uğrunda” medalları ilə təltif edilib. O, general-mayоr rütbəsini 2018-ci ilin martın 9-da alıb.
Ailəlidir, iki övladı var.
Mənbə: Qafqazinfo.az
23:47 / 14 Noyabr 2026
1
23:33 / 14 Noyabr 2026
47
23:23 / 14 Noyabr 2026
131
23:16 / 14 Noyabr 2026
58
23:05 / 14 Noyabr 2026
221
23:01 / 14 Noyabr 2026
94
22:28 / 14 Noyabr 2026
608
22:19 / 14 Noyabr 2026
76
21:55 / 14 Noyabr 2026
107
21:32 / 14 Noyabr 2026
126
21:22 / 14 Noyabr 2026
158
21:11 / 14 Noyabr 2026
708
21:04 / 14 Noyabr 2026
816
21:02 / 14 Noyabr 2026
120
20:56 / 14 Noyabr 2026
608
20:50 / 14 Noyabr 2026
129
20:38 / 14 Noyabr 2026
126
20:23 / 14 Noyabr 2026
1268
19:54 / 14 Noyabr 2026
116
19:50 / 14 Noyabr 2026
120
19:36 / 14 Noyabr 2026
1947
19:15 / 14 Noyabr 2026
154
19:12 / 14 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.