Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3459
25.12.2020, 18:27
Vətən Müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən bir də Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Elnur Fəxrəddin oğlu Ağaəhmədov olub.
APA TV-nin xəbərinə görə, Elnur Ağaəhmədov 1998-ci ildə Xızı rayonunun Sitalçay kəndində anadan olub.
Hərbçi ailəsində böyüyən Elnur elə uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Atası Fəxrəddin Ağaəhmədovun sözlərinə görə, daim hərbçi olmaq istəyib, həvəslə əsgərliyə yollanıb. Xidmətini bitirdikdən sonra isə hərbçi olmağa qərar verib: “Mən özüm hərbçi olmuşam, Silahlı Qüvvələr veteranıyam. Xidmətim çox olub.
Özüm hərbçi olmuşam, baxıb atasına seçiblər yolunu. Böyük qardaşı da hərbçidir. Elnur ancaq vətənə çox bağlı oğul idi. Seçdi hərbini. Özü getdi seçdi hərbini. İxtisası seçdi özü üçün. Xüsusi təyinatlılarda xidmət edirdi kiçik gizir kimi. Vətəninə çox bağlı uşaq idi. Mehriban, hamı ilə səmimiyyəti var idi onun”.
Anası Zərifə xanımın sözlərinə görə, Elnurun əbədi arzusu işğal altında olan torpaqların düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmək olub. Arzulayıb və məqsədinə də çatıb. Qismətinə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək düşüb. Burada hərb sənətinə daha çox yiyələnən Elnur vətəni qorumağı bütün həyatının amalına çevirib: “Dedi, ana, mən əgər dünyaya bir oğul gəlmişəmsə, bu yükün altına girəcəyəm. Bu yükü çəkməyə də hazıram. Eləcə də əsgərliyə getdi. 9 ayın əsgəri idi. 9 aydan sonra gəldi. Beş aya yaxın kurs keçdi. Elnurum, balaca Elnurum, tezliklə böyüyən Elnurum kurs keçdi. Ondan sonra o ağır yükü daşımağa hazır oldu”.
Əmisi Siracəddin Ağaəhmədovun dediyinə görə, Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Elnur Füzuli, Cəbrayıl və Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib, döyüş yoldaşları ilə birgə düşmənə amansız zərbələr vurub. Qorxu bilməyən Elnur daim irəliyə doğru addımlayıb, yağıya göz açmağa imkan verməyib. Vətən Müharibəsinin başlamasından bir ay sonra - oktyabrın 26-da Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb: “Vətənə bağlı idi. Axırıncı dəfə danışanda onunla döyüş bölgəsindəydi. Sual verdim ki, mən də gəlirəm də ora. Gedib yazdırıram. Dedi, əmi, gəlmə. Biz burdayıq, hələ ehtiyac yoxdur. Biz özümüz düşmənə qan uddururuq. Qoymadı məni yazdırmağa adımı”.
Şərəflə torpaqlarımızı qoruyan gizirimizin qohumu Rəhman Ağayev Elnurun canından artıq sevdiyi vətəni uğrunda şəhid olması ilə qürur duyur: “Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar 30 illik tarixi yazdılar. Mən fəxr edirəm ki, mənim qəhrəman əmimoğlu var. Yəni hər bir insan hərbçi ola bilər. Hər bir insan o formanı əyninə geyə bilər. Şəhidlik hər insana qismət olmur. Elə bir uca zirvədir ki, şəhidlik hər bir insana qismət olmur. Düzdür, gedirsən, 3-4 dəfə yaralanırsan, amma hər insana qismət olmur”.
Elnur Ağaəhmədov Sitalçay qəbiristanlığında dəfn olunub. Ölümündən sonra cəsur vətən oğlu elə "Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
23:59 / 14 Noyabr 2026
57
23:51 / 14 Noyabr 2026
54
23:47 / 14 Noyabr 2026
60
23:33 / 14 Noyabr 2026
74
23:23 / 14 Noyabr 2026
210
23:16 / 14 Noyabr 2026
69
23:05 / 14 Noyabr 2026
294
23:01 / 14 Noyabr 2026
146
22:28 / 14 Noyabr 2026
703
22:19 / 14 Noyabr 2026
84
21:55 / 14 Noyabr 2026
113
21:32 / 14 Noyabr 2026
135
21:22 / 14 Noyabr 2026
172
21:11 / 14 Noyabr 2026
737
21:04 / 14 Noyabr 2026
866
21:02 / 14 Noyabr 2026
125
20:56 / 14 Noyabr 2026
646
20:50 / 14 Noyabr 2026
135
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1303
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
123
19:36 / 14 Noyabr 2026
1998
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.