Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44931
az

Paşinyan Kəlbəcərlə bağlı ŞOK SƏNƏDİ üzə çıxardı: hələ 2010-cu ildə... - VİDEO

16:2923 Dekabr, 2020
1964
ÖZƏL BÖLÜM
  • A

Sərhəd demarkasiyası kontekstində Ermənistan hakimiyyəti sərt tənqid olunur, milli maraqlara xəyanətdə, məğlubiyyətçi mövqedə və s. günahlandırılır.

OXU24.COM  xəbər verir ki, bu iddialara cavab olaraq baş nazir Nikol Paşinyan Ermənistanın 2010-cu ildəki inzibati ərazi bölgüsü haqqında qanunundan hissə paylaşıb və bildirib ki, qanuna əsasən, Azərbaycanla dövlət sərhədi hələ o dövrdə müəyyənləşdirilib.

Hökumət başçısı Ermənistanın Geğarkunik bölgəsində yerləşən və Kəlbəcər ilə həmsərhəd olan Zod yatağı ərazisindəki Ermənistan-Azərbaycan sərhədini Azərbaycana təhvil verən bu qanunun fraqmentlərini yayımlayıb.


Qanunda deyilir ki, Zod kənd icması Geğarkunik bölgəsinin cənub-şərq hissəsində, şimal-şərqdən və şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir.

Paşinyan bu "yazıya" Ermənistan silahlı qüvvələrinin bu gün bu qanunda təsbit edilmiş sərhəd xəttinə uyğun olaraq yerləşdirildiyini qeyd edib: "Xatırladım ki, "Daşnaksütyun", "Vətən" kimi fraksiyalar 2010-cu ildə bu qanunun qəbul edilməsinə səs veriblər. Qanun layihəsini Ermənistan hökuməti təqdim edib".

 

 

Onun sözlərinə görə, bu gün bu qanuna səs verən nazir və deputatların çoxu mövcud hökuməti və özünü Kəlbəcəri təslim etməkdə günahlandırırlar, halbuki özləri bu ərazinin Azərbaycan kimi tanınmasına dair qanun qəbul edib.

Xatırladaq ki, noyabrın 10-dan bəri Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra Ermənistanda baş nazirin rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. N.Paşinyan Qarabağı təslim etməkdə günahlandırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi