Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44596
az

Kəfəni cıranda sağ əlinin qulağının dibində olduğunu görüblər  - Aktrisamızın doğum günüdür

11:4919 Dekabr, 2020
2879
ÖZƏL BÖLÜM
  • A

Bu gün mərhum akstrisamız Gülşən Qurbanovanın doğum  günüdür.

Oxu24.com xəbər  verir  ki, yaşasaydı 70 yaşı  olacaqdı.  Biz  onu  55 yaşında  qəfil  itidik.

Bu dəfə tanınmış aktrisa, bir neçə il öncə həyatdan köçərkən haqqında müəmmalar söylənilən mərhum xalq artisti Gülşən Qurbanovadan bəhs edəcəyik. 

Aktrisa haqda yazacaqlarıma keçməzdən öncə deyim ki, o, bəlkə də haqqında ən çox şayiə dolaşan 3-4 sənət adamından biridir. İstər sağlığında, istərsə də, ölümündən sonra xalq artisti barədə müxtəlif iddialar ortaya atıldı.
Amma öncə aktrisanın tərcümeyi-halı barədə.
Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən xanım elə həmin ildən Gənc Tamaşaçılar Teatrında işə düzəlir.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) .

Aktrisa kinoda və televiziya tamaşalarında da müxtəlif obrazlar yaradıb. G.Qurbanovanın filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürməyib. Yuli Qusmanın Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor olduğu dönəmlərdə Rüstəm də teatrın rus bölməsinin aktyoru imiş. Elə həmin dönəmdə Rüstəmlə Gülşən Qurbanova ayrılırlar və gənc aktyor Moskvaya gedir. Yeri gəlmişkən, o zaman Yuli Qusman Gülşən Qurbanovanın baldızı ilə evli idi. Yəni Rüstəmin bacısı ilə.

Bu ayrılıqdan sonra Gülşən Qurbanova daha bir həmkarı ilə ailə həyatı qurur. Ancaq onun aktyor Mübariz Əlixanoğlu ilə ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. Doğrudur, Gülşən Qurbanova da necə deyərlər “yeyib-içən” qadın idi, siqaret də çəkirdi. Amma onu belə kişi maraqlandıra bilməzdi. Xatırlamayanlar üçün deyim ki, M.Əlixanoğlu bir neçə filmdə, o cümlədən “Yol əhvalatı”nda inspektor rolunda çəkilib.

Teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun  müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Elə  həmin illərdə aktrisanın hazırda ağır xəstə olan əməkdar artist Azər Mirzəyevlə eşq macərası yaşadığı söylənilir. Amma təbii ki, bütün bunlar gerçək deyildi. Doğrudur, onlar arasında hansısa münasibət ola bilərdi, amma sırf sevgiyə söykənən münasibətin olması ağlabatan deyildi. Bu haqda yazının növbəti hissəsində.

AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə etdi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı və “Lider” telekanalına üz tutdu.

Elə “Lider”dəki “Mikser” verilişinin də ilk qonağı Azər Mirzəyev idi.

Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirərək 56 yaşında həyata vida edib. Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də aktrisa iş yoldaşlarına və yaxınınlarına həmişə deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.
Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər.

Həmkarlarının dediyinə görə, G.Qurbanovanın adı ömrünün son illərində çirkli bir işdə hallandırılırmış. İddia olunur ki, bu “iş” aktrisaya qısa bir zamanda geniş imkanlar yaradır və guya, o, xoşagəlməz ləqəb də qazanır. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə, “Lider”dəki veriliş təzə-təzə efirə gedirmiş. Aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyirlər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınır. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə…

Aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.

Bu arada qeyd edək ki, aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsinin qırxı çıxmamışdı.

Gülşən Qurbanovanın xarakteri ilə bağlı da ikili fikirlər söylənilir. Məsələn, bəzi məqamlarda o çox qorxaq imiş. Hansısa həmkarı onun yanında polis adı çəkəndə Qurbanova qeyri-iradi olaraq həyəcanlanırmış. Haqlı olduğunu biləndə isə kimsənin qarşısından çəkilməzmiş.

Çox adam bilmir ki, Gülşən Qurbanova 4 dəfə infarkt keçirib ki, bu da tibdə nadir hadisələrdən sayılır. Çünki adətən bir adam 2-3 dəfə infarkt olandan sonra dünyasını dəyişir.

Aktrisa sənətinə həddən artıq bağlı olub. Səhhətindəki ciddi problemlərə rəğmən heç vaxt səhnədən uzaqlaşmayıb.

Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunur ki:

“Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb.  Gülşən köhnə qəbristanlıqda dəfn olunub”.

Allah rəhmət eləsin!(Modern.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi