Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44451
az

Qorbaçovun Amerika səfərini yarımçıq qoyan Hamamlı hadisəsi: Gümrü hava limanının dispetçer “yanlış”lığı

19:1217 Dekabr, 2020
844
ÖZƏL BÖLÜM
  • A

Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi olan bu rayonun əsl adı Hamamlıdır. Sovet dövründə inzibati rayon kimi Hamamlı 31 dekabr 1937-ci ildə yaradılıb. 1949-cu ilin oktyabr ayında isə rayonun adı dəyişdirilərək Spitak qoyulub. Zaman-zaman erməni millətçilərinin etnik təmizləmə siyasəti nəticəsində rayonda yaşayan azərbaycanlılar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. 1988-ci ildə isə erməni vəhşiliyi nəticəsində azərbaycanlılar bu ərzilərindən qaçqın düşüblər.

Qeyd edək ki, erməni qatillərinin qanlı cinayətləri nəticəsində Hamamlı rayonunda təkcə 1988-ci ilin sonlarında 87 nəfər uşaq vəhşicəsinə qətlə yetirilib. Acınacaqlı fakt odur ki, SSRİ-nin tərkibində olduğumuz həmin vaxtlarda bu dəhşətli faktlara sovet rəhbərliyi heç bir reaksiya verməyib və ermənilərin bu cür cinayətlərini tarixdən silməyə daha çox cəhd edilib.

Hamamlı tarixə Spitak zəlzələsi ilə düşüb. Spitak zəlzələsi 7 dekabr 1988-ci ildə, saat 10-41 dəqiqədə baş verib. 30 saniyə ərzində davam edən təkanlar Ermənistanın şimal hissəsini əhatə edib. Təkanların intensivliyi 12 ballıq şkala ilə Spitakda 10, Gümrüdə (Leninakan) 9, Kirovakanda 8, digər ərazilərdə 6 bal gücündə olub.

131206132421_armenian_earthquake_afp-2.jpg (113 KB)

Zəlzələdən dərhal sonra İrəvandan və Ermənistanın rayonlarından zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün 12 min nəfər səfərbərliyə cəlb olunub. O cümlədən SSRİ Silahlı Qüvvələrinin, həmçinin Dövlət Təhlükəsizliyi Komitəsinin tabeliyində olan Sərhəd Qoşunlarının şəxsi heyətindən ibarət hərbçilər də səfərbər edilib.

Həmin gün, dekabrın 7-də günorta saatlarından sonra SSRİ səhiyyə naziri Yevgeni Çazovun başçılığı ilə 98 nəfərlik həkim briqadası hadisə yerinə gəliblər.

Artıq dekabrın 8-də Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılması ilə bağlı Moskvada xüsusi komissiya yaradılıb. Komissiyaya SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov başçılıq edib.

Zəlzələ baş verən gün Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Bu səfərdən sonra onun Kubaya da səfəri planlaşdırılıb. Qorbaçov rəsmi səfərini yarımçıq qoyaraq Moskvaya, oradan isə Ermənistana səfər edib.

Zəlzələdən zərərçəkənlərlə görüş zamanı Qorbaçov dünya dövlətlərinə yardım üçün müraciət edib. Baş katibin imzaladığı sərəncamla 10 dekabr 1988-ci ildə SSRİ-də matəm günü elan olunub.

Baş katiblə zərəçəkmiş ermənilərin görüşü zamanı ən maraqlı məqamlardan biri o olub ki, bu görüşdə Qorbaçova daha çox Qarabağ məsələsi ilə bağlı sual ünvanlayıblar. Sözsüz ki, bu suallar Qorbaçovu təəccübləndirib. Sonradan məlum olub ki, baş katibə bu cür suallar ünvanlandıranlar heç də Spitak sakinləri olmayıb. Onlar Ermənistan rəhbərliyi və millətçi qruplar tərəfindən İrəvandan gələn öyrədilmiş şəxslər olub.

131206132423_armenian_earthquake_afp-3.jpg (113 KB)

Zəlzələnin nəticələrinin aradan qaldırılmasında dünyanın 111 ölkəsi, o cümlədən Fransa, Böyük Britaniya, İtaliya, Norveç, Almaniya, Yaponiya, Çin, İsveçrə, Livan da iştirak ediblər, bu məqsədlə çoxsaylı təyyarələr Ermənistana ərzaq, geyim, tibbi avadanlıqlar, dərman preparatları, tikinti materialları və s. göndəriblər.

SSRİ-nin bütün müttəfiq respublikaları da Ermənistandan yardımlarını əsirgəməyiblər. Arada münaqişənin olmasına baxmayaraq, ilk yardım göstərənlərdən biri də Azərbaycan olub. Dekabrın 8-də hərbi hissə komandiri Vaqif Əhmədovun başçılığı ilə Azərbaycandan gedən ilk dəstə Spitakda xilasetmə işlərinə qoşulub.

Dekabrın 11-də Azərbaycandan ikinci dəstə Ermənistana yola düşüb. Amma onlar hadisə yerinə çata bilməyiblər. Bakıdan Gümrüyə istiqamət alan, işərisində 69 nəfər xilasedici və 9 nəfər təyyarə heyəti üzvü olan “İL-76” təyyarəsi Ermənistan ərazisində “qəza”ya uğrayıb.

Qəzanın başvermə səbəbləri Ermənistan tərəfindən hava şəraiti ilə bağlı izah edilib. Belə ki, Gümrü hava limanına 15 kilometr məsafə qalanda təyyarə dağlara çırpılaraq qəzaya uğradığı qeyd olunub. Amma başqa versiyalara görə, ( hətta bəzi ermənilər də bunu etiraf edib) Gümrü hava limanının dispetçerləri Azərbaycandan uçan təyyarəyə düzgün istiqamət vermədiklərindən “İL-75” qəzaya uğrayıb. “Düzgün istiqamət” məsələsinin qəsdən, bilərəkdən və ya təsadüf olması isə bu günə qədər də müəmmalı qalır. Hər halda dispetçerlər üçün çox yaxın, 15 kilometr məsafədə olan təyyarəyə eniş zolağı vermək heç də böyük peşəkarlıq tələb etmir.

131206132430_armenian_earthquake_afp-6.jpg (110 KB)

“İL-76” təyyarəsində olan 50 azərbaycanlıdan, 13 ləzgidən, 11 rusdan, 2 tatardan, 1 ermənidən və 1 yəhudidən yalnız 1 nəfər sağ qalıb. Fəxrəddin Balayev təyyarəyə minik zamanı gecikdiyindən onu təyyarənin yük hissəsində yük avtomobilinin kabinəsinə əyləşdiriblər. “Qəza” zamanı onu xilas edən də bəlkə onun bu “narahat” oturacağı olub. Qeyd edək ki, Fəxrəddin Balayev 2010-cu ildə vəfat edib.  

Rəsmi statistikaya görə Spitakda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25 minə çatıb, 170 min nəfər əlil olub, 514 min nəfərin mənzili tamamilə dağılıb. 32 il öncə baş verən zəlzələdə Ermənistanın sənaye obyektlərinin 40 faizi sıradan çıxıb, Spitak və 58 kəndi yerlə-yeksan olub, 21 şəhər və 300-dən artıq yaşayış məntəqəsi, o cümlədən Gümrü ciddi dağıntılara məruz qalıb. Onu da qeyd edək ki, Ermənistan həmin zəlzələdən sonra son illərini yaşayan SSRİ-nin büdcəsindən kifayət qədər bəhrələnib.

İlham Cəmiloğlu, Musavat.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi