Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1853
10.12.2020, 21:12
Vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən, şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onların vəkil qurumuna getməsinə ehtiyac olmayacaq, vəkillər özü həmin şəxslərin evlərinə gedərək yerində hüquqi yardımın göstərilməsi ilə əlaqədar lazımi işlər görəcəkdir. Belə ki, pulsuz hüquqi yardım və məhkəmədə təmsilçiliklə əlaqədar qeydiyyatdan keçmək istəyənlər Mərkəz ilə aşağıda göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər:
Əlaqə telefonu: +994 12 594 99 85, +994 50 205 20 14
Elektron poçt: [email protected]
İclasda Rəyasət Heyətinin sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, o cümlədən sərtləşdirilmiş karantin dövründə vəkillərin sərbəst hərəkətinə icazə verilməsi, karantin qaydalarına ciddi əməl olunması və s. məsələlərə toxunub.
Həmçinin iclasda UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən hazırlanmış “Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi”yə dair məsələyə baxılıb.
Sədrin müşaviri Fərhad Nəcəfov bildirib ki, uşaq hüquqları üzrə vəkil-ekspert Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üzrə bələdçi hazırlanıb. Bələdçidə uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqəli bir sıra məsələlərin öz əksini tapdığı vurğulanıb. Sözügedən bələdçinin vəkillərə tövsiyə olunması ilə bağlı qərar qəbul edilib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.