Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42934
az

Türk Ordusunun  Qarabağa gəlməsi niyə ləngiyir?  -  ŞOK SƏBƏB +VİDEO

19:1529 Noyabr, 2020
11607
ÖZƏL BÖLÜM
  • A

İndi hər kəsin ağlında bir sual var. Türk ordusu azərbaycana nə vaxt gələcək?
Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən 12 gün keçir. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbiçilərinin gəlişi hələ ki baş tutmayıb.

Maraqlıdır, niyə?

 

 

 


Ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi deyilir. Bununla belə, sosial şəbəkələrdə insanlar suallar ünvanlayırlar.Azərbaycan cəmiyyətində narahatlıq doğuran məsələlərdən biri də budur ki, bəs türk hərbçilərinin gəlişi niyə ləngiyir?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov narahatlığa əsas görmür:

O, bildirir: Birincisi, bir məsələni aydınlaşdırmalıyıq: Belə fikir formalaşıb ki, sülhməramlı missiyada Rusiya erməni tərəfdədir, Türkiyə qoşunları isə bizim tərəfimizdədir. Hesab edirəm ki, bu məsələyə başqa bir baxış bucağından baxmaq lazımdır.

Onlar oraya hansısa vəzifələri icra etmək üçün cəlb olunublar, tərəf kimi deyil. Bu baxımdan Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir. Rusiya sülhməramlarının əsas vəzifələri ondan ibarətdir ki, bəyanatda nəzərdə tutulmuş şərtləri həyata keçirsinlər.

Biz görürük ki, bu şərtlər ardıcıl şəkildə icra olunur. Rayonların azad olunmasından sonra yeni mərhələ başlayacaq. Hesab edirəm ki, orada tərk-silah mərhələsi başlayacaq. Çünki ermənilərin həmişə iddia etdiyi və mövqeyi ondan ibarət idi ki, onlar guya orada yaşayan erməniləri müdafiə edirlər.

 “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir”

İndi bu funksiya sülhməramlılara keçir. Deməli, onların orada hərbi strukturlarının qalması mənasızdır. Biz bunun təsdiqini bəyanatlarda görürük ki, hamı burada olan əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Məsələni başqa istiqamətlərdən də şərh etməkdə məqsədim var.

Biz başa düşməliyik ki, türk qoşunlarının gəlməsində məqsəd nədir. Digər strukturların cəlb olunmasına gəlincə, xatırladım ki, Azərbaycanda Türkiyənin müdafiə mütəxəssisləri var. Onlar çoxdan buradadırlar.

Həm də onların zəhməti nəticəsində birgə təlimlərdə qazanılan təcrübə ilə Azərbaycan Ordusu yüksək səviyyəli hərbi hazırlıq nümayiş etdirib.

Təbii ki, bölgədə müşahidə missiyası olacaq. Bunun icrası müxtəlif vasitələrlə, o cümlədən texniki vasitələrlə çox asanlıqla həyata keçiriləcək.

“Əsgər gəlib postda dursun” filan kimi düşüncələr keçmişdə qalıb. Texniki vasitələrlə çox işləri görmək mümkündür və müharibə vaxtı biz bunları gördük.

Türkiyəli müşahidəçilər gələcək, müşahidəçilər isə o deməkdir ki, hansısa prosesə nəzarət edib, onu kontrol altında saxlayacaqlar. Çünki Türkiyə bu proseslərin tərkib hissəsidir. Yenə deyirəm, bəzi şeyləri dəqiq bilmədiyimiz üçün hesab edirik ki, bura hansısa bir hərbi hissələr gələcək. Məsələlərə mən başqa baxış bucağından yanaşıram".
Bütün bunlara baxmayaraq Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan türk hərbiçilərinin burada olmasında maraqlıdır.

Ermənilərin xoşlarına gəlmirsə, o zaman burada yaşamasınlar. Hər halda, Azərbaycan öz maraqlarına cavab verən müddəaların həyata keçirilməsinə çalışır və bu da türk hərbiçilərinin ölkəmizin ərazilərində olmasından keçir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO