Həkim Tariyel Salmanov. Öz mülayim, gözəl xarakteri ilə həm tanıyanların, həm də pasiyentlərinin sevgisini qazanmışdı. 1988-ci il fevralın 7-də Ağcabədinin Kəhrizli kəndində doğulmuş bu insanın taleyinə Qubadlının işğaldan azad olunması əməliyyatlarında şəhid olmaq yazılıbmış.
2006-ci ildə Azərbaycan Dövlət Tibbi Universitetinin Stomatalogiya ixtisasina qebul olmus, 2011-ci ilde universiteti müvəffəqiyyətlə bitirmişdi. Hemin ilin oktyabr ayından 2013-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində hərbi xidmətini tamamlayaraq tibb xidməti leytenantı rütbəsi alıb.Həkim stomotoloq idi.
2020-ci il sentyabr ayının 29-da SHXCDX-nin Agcabedi Rayon idarəsi tərəfindən yenidən hərbi xidmətə cəlb olundu və hərbi həkim kimi müharibəyə qatıldı.60-dan çox yaralı əsgəri qucağında, çiynində raket zərbələrinin altından qaçıraraq təxliyə edib, həyatını qurtarıb.
Lakin öz həyatını xilas edə bilmədi. Yaxınları ondan bir neçə gün xəbər ala bilmədilər. Sonra xəbər gəldi ki, onun olduğu hərbi hissə xeyli irəliləyib içərilərə doğru. 2020-ci il oktyabrın 7-də isə şəhidlik zirvəsinə ucaldığı bilindi. Hərbi Həkim yenə əsgərlərin həyatını xilas edərkən, təxliyə zamanı raket zərbələri nəticəsində həlak olmuşdu.O bu şanlı Vətən müharibəsinin çox az sayda həkim şəhidlərindən biridir. Özündən sonra bir qız övladını vətənə, dövlətə əmanət qoyaraq gedib.
Tariyel həkim evinin yox, elinin oğlu oldu, adını qəhrəmanlar səlnaməsinə yazdırdı, öz qanı, öz canı bahasına. Ruhun şad olsun, şəhidim, uğrunda həlak olduğun o torpaqlar azaddır və sənin balan qalib bir vətəndə sənin adınla qürur duyaraq böyüyəcək.
Oxu24.com
ŞƏRHLƏR