Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42655
az

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

09:5126 Noyabr, 2020
4316
ÖZƏL BÖLÜM
  • A
Kəlbəcər işğaldan azad olunsa da, bu fikirləri rayonun ən strateji nöqtələrinə şamil etmək hələ ki mümkün deyil. Rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı rusların xəritəsində keşmiş Ağdərə rayonunun ərazisinə düşdüyündən bu gün ordumuzun aldığı ərazilərdən kənarda qalır. Azərbaycanın 7-8 rayonunu su ilə təchiz edən su anbarının iqtisadiyyatımıza necə qazandıracağımız isə bilinmir. Məsələ burasındadır ki, bol sulu bulaqlara sahib Dağlıq Qarabağda yağmur miqdarı buxarlanma miqdarından çox olması ermənilərin həmin su anbarından istifadəsini əhəmiyyətsizləşdirir. Sovet hakimiyyəti illərində inşa edilən bu anbar Azərbaycanın digər rayonlarını su ilə təchiz etmək üçün nəzərdə tutulmuşdu. Həmin su anbarının hazırda Azərbaycana qaytarılmaması üçtərəfli sazişin xoş niyyətlə bağlanmadığına ciddi şübhə yaradır. Qeyd edək ki, Sərsəng su anbarı vaxtilə mövcud olan Ağdərə rayonunun ərazisində idi və Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunan rayonun əraziləri Tərtər, Ağdam və Kəlbəcər arasında bölüşdürülmüşdü. Görünür, bizə üçtərəfli bəyanatı sülhməramlı sənəd kimi sırıyan Rusiya Azərbaycan Respublikasının yox, artıq mövcud olmayan SSRİ-nin qanunları ilə məsələyə yanaşıb, bu da ölkəmizin suverenliyini şübhə altına almaq mənasına gəlir. Ovqat.com-un əldə etdiyi dəqiqləşdirilməmiş məlumata görə, Sərsəng su anbarından başqa Kəlbəcərin qızıl yataqlarının da ermənilərin nəzarətində qalıb. Üstəlik, qızıl yataqlarının Qarabağ ermənilərinin də yox, birbaşa Ermənistana verildiyi bildirilir. Bu isə həmin yataqların Azərbaycan iqtisadiyyatına qaytarılması ehtimalını tamamilə istisna edir və Sərsəng su anbarından daha ciddi itki mənasına gəlir. Belə ki, Azərbaycan Dağlıq Qarabağa heç bir status vermədiyindən Sərsəngdən öz balansında olan yer kimi istifadə etmək hüququnu əlində saxlayır. Kəlbəcərin Zod yatağı üçün isə eyni sözləri demək çətindir. Məsələ burasındadır ki, Kəlbəcərdəki qızıl yataqlarımızın indiki aqibəti yenə ruslar tərəfindən, həm də SSRİ zamanında müəyyənləşdirilib. Bildirildiyinə görə, yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunub və onun əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tapşırılıb. Halbuki, yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisinə düşür. Digər 16 filiz damarı Kəlbəcərin ərazisindədir. Buna baxmayaraq, keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. 1976-cı ildə qızıl istismarına başlanılan yatağın 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra bu mübahisəyə də son qoyulub. Xəritədən də göründüyü kimi, Zod yataqlarının böyük hissəsi Kəlbəcərin ərazisinə düşür Kəlbəcərin bu gün işğaldan azad edilməsindən sonra yataqların kimə aid olması yenidən mübahisə predmetinə çevrilib və aldığımız məlumata görə, Rusiyanın israrıyla bu ərazilər Ermənistanın nəzarətində qalıb. Azərbaycanın torpaq bütövlüyünə qəsd kimi qiymətləndirilə biləcək iddialara rəsmi Bakı aydınlıq gətiriməli və əgər məlumat doğrudursa, işğal faktı kimi dəyərləndirilməlidir. Qeyd olunur ki, yataq Rusiyanın "GeoProMining Gold Company” şirkətinin istismarındadır. Son Qarabağ döyüşləri zamanı şirkətin Zod qızıl mədənində bütün işləri dayandırıldığı iddia olunurdu. "GeoProMining Gold”un rəhbəri Ruzanna Qrigoryanın dediyinə görə, mədəndə işlər döyüş əməliyyatları başlayandan təxirə salınıb. "Şirkət rəhbərliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün işi dayandırıb. Mədən ərazisini atəşə tutma təhlükəsi qaldıqca, mədəndəki işlər davam etməyəcək”-R. Qrigoryan müharibənin ilk günlərində mətbuata verdiyi açıqlamasında belə demişdi. Göründüyü kimi, şirkət rəhbəri istismarın həmin əraziləri Azərbaycana qaytarmaq üçün yox, sadəcə təhlükəsizlik tədbirləri səbəbindən dayandırıldığını vurğulayıb. Bu da əldə etdiyimiz məlumatın səhihliyi ehtimalını artırır. Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Nazirliyin Qaynar xəttindən avtomatik cavabvermə sistemi müvəqqəti xidmət xaricində olduğunu bildirdi. Digər telefon nömrələrin isə məşğul idi. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi ictimaiyyətimiz üçün qaranlıq qalan bu müəmmaya yaxın saatlarda aydınlıq gətirəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi