Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2530
06.06.2020, 23:23
Bir vaxtlar müxalifətin Bakı şəhərində keçirdiyi mitinqlərdə qadınlara, yaşlılaraq qarşı xüsusi aqressiv hərəkətləri ilə ölkə mediasında görüntülənən Ata Abdullayev son zamanlar özünü bloger və jurnalist kimi sırıyır. O, ticarət və iaşə obyektlərinə daxil olaraq reydlər aparır, çəkilişlər edir. Hətta bir neçə gün əvvəl sosial mediada yer alan görüntülərdə onun çəkiliş etdiyi restoranda döyülməsini əks etdirən kadrlar yayılmışdı.
Bir az əvvələ nəzər salsaq, A.Abdullayev Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirə daxil olaraq ona sual ünvanlamışdı. Onun bu hərəkəti ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. SOnradan məlum olmuşdu ki, hətta A.Abdullayev diplomatik pasporta malikdir və onun xarici ölkələrə gediş-gəlişi üçün heç bir maneə yoxdur. Onun diplomatik pasportu hansı xidmətlərinə görə alması hələ də qaranlıqdır, rəsmi qurumlar bu məsələyə aydınlıq gətirməyib.
Criminal.az A.Abdullayevlə bağlı olduqca maraqlı fakt əldə edib. Məlum olub ki, A.Abdullayev Azərbaycanda tanınmış polkovnikin oğulluğudur. Düzdü, A.Abdullayev özü bu faktı təkzib edir.
Əldə etdiyimiz məlumata görə, A.Abdullayevin atalığı uzun illər Daxili İşlər Nazirliyində çalışmış, İnterpolun Bakı bürosunun rəisi işləmiş polis polkovniki Məmməd Mikayılovdur. İddialara görə, M.Mikayılov A.Abdullayevin anasının ikinci həyat yoldaşıdır. O, DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, İnterpolun Bakı bürosunun, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub. Sabiq daxili işlər naziri Ramil Usubovun əmiri ilə vəzifədən azad edilib.
M.Mikayılov 2006-cı il noyabrın 14-də qanqster Hacı Məmmədovun məhkəməsində şahid qismində dindirilib. Məmməd Mikayılov ifadə verərkən hakim məhkəmə iclasını qapalı elan edib. O, qərarını belə əsaslandırıb ki, DİN Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədov tərəfindən qətlə yetirilmiş Azər İsmayılovla bağlı epizodlar üzrə ifadələ yalnız qapalı məhkəmə iclasında alınmalıdır. Məmməd Mikayılov da həmin epizod üzrə keçir. Azər İsmayılov itkin düşdüyü və qətlə yetirildiyi vaxt Məmməd Mikayılov Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Azər İsmayılov Xətai rayonu ərazisində itkin düşdüyü üçün Məmməd Mikayılov da onun itkin düşməsi ilə bağlı yaradılmış istintaq qrupunun üzvü olub. Hacı Məmmədovun həbsindən sonra isə məlum olub ki, Azər İsmayılov Xətai rayonu ərazisində itkin düşməsi ilə yanaşı elə həmin rayon ərazisindəki ünvanlardan birində – yəni Hacı Məmmədovun həyat yoldaşı və banda üzvü olan Nailə Quliyevanın mənzilində qətlə yetirilib.
Həmçinin oxuyun
Məlumat üçün bildirək ki, bir neçə il əvvəl qanunsuz bilet satışı ilə məşğul olduğuna görə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilən Ata Abdullayev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılıb. Criminal.az A.Abdullayevin MTN-in İstintaq İdarəsində verdiyi ifadəsini və onun ifadəsi əsasında həbs olunan şəxslərlə bağlı istintaq materiallarını əldə edib. Yaxın günlərdə həmin məlumatı da oxucalara təqdim edəcəyik.
Hokm.az

00:47 / 21 Fevral 2026
1
00:33 / 21 Fevral 2026
13
23:55 / 20 Fevral 2026
27
23:53 / 20 Fevral 2026
24
23:49 / 20 Fevral 2026
93
23:30 / 20 Fevral 2026
36
23:28 / 20 Fevral 2026
40
23:22 / 20 Fevral 2026
34
23:20 / 20 Fevral 2026
36
23:17 / 20 Fevral 2026
34
23:12 / 20 Fevral 2026
36
23:12 / 20 Fevral 2026
52
22:58 / 20 Fevral 2026
101
22:54 / 20 Fevral 2026
2989
22:48 / 20 Fevral 2026
609
22:34 / 20 Fevral 2026
89
22:25 / 20 Fevral 2026
73
22:23 / 20 Fevral 2026
46
22:19 / 20 Fevral 2026
82
22:14 / 20 Fevral 2026
280
22:07 / 20 Fevral 2026
92
22:05 / 20 Fevral 2026
63
21:58 / 20 Fevral 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.