Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26939
az

Koronovirus ana südündən uşağa keçə bilərmi? - CAVAB

12:3822 Mart, 2020
3143
  • A

COVID-19-un nə cür yayıldığı barədə məlumat çox azdır. Xəstəliyin insandan insana ötürülməsi, xəstəliyə yoluxmuş şəxsin tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü zaman baş verir. Eynilə qrip və digər tənəffüs patogenlərinin yayıldığı kimi. COVID-19 və başqa koronavirus infeksiyası, Ağır Kəskin Respirator Sindromu (Severe acute respiratory syndrome SARS-CoV) diaqnozu qoyulan qadınlar üzərində aparılan məhdud tədqiqatlar zamanı virusun ana südündə aşkarlanması hallarına rast gəlinməyib. Ancaq COVID-19 diaqnozlu anaların virusu ana südü ilə ötürə biləcəyini bilinmir.

Ana südü bir çox xəstəliklərdən qoruyur. Ana südü və ya sağılmış ana südü ilə qidalanmanın tövsiyə edilmədiyi nadir istisnalar var.

Doğuşdan dərhal sonra qripi olan anaya virusu körpəsinə ötürməmək üçün müvafiq tədbirlər görməklə yanaşı, körpəsini ana südü və ya sağılmış ana südü ilə qidalandırması tövsiyə edilir. Ana südü ilə qidanlandırmağa başlamaq və ya davam etdirmək tibb işçiləri ilə məsləhətləşmədən sonra olmalıdır. COVID-19 aşkarlanan və ya xəstəlik simptomları olan bir ana, körpəsinə virusun ötürülməməsi üçün mümkün olan bütün tədbirləri görməlidir. Körpəyə toxunmadan əvvəl əllərini yumalı və əmizdirərkən qoruyucu maska geyməlidir. südün əllə və ya elektrik vasitə ilə sağılması zamanı ana öncədən əllərini yumalı və hər istifadədən sonra elektrik nasosun düzgün təmizlənməsi qaydalarına əməl etməlidir. Mümkünsə körpəyə sağılmış ana südü verə biləcək birini yardıma çağırın.

Günün təklif olunan videosu:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vasif Talıbovun postunu kim tutacaq?
Bakıda məktəbdə gərginlik: Əraziyə polis əməkdaşları cəlb edildi +VİDEO
Moskvada ölən vətən xaini: Hüseynov Bakıda nələr etmişdi?

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü