Müəllif: Eynulla Fətullayev
Azərbaycan müxalifətinin hakimiyyət uğrunda uzun-uzadı permanent mübarizəsi hüquq müdafiəçisi platforması ilə ayrılmaz şəkildə bağlıdır. Hansısa bulanıq yayğın siyasi mübarizə formasından hüquq müdafiəçiliyi formasına , amma siyasi ipostasidən daşıb formalaşmamış, yarımçıq, təkmilləşməyən dissidentliyə keçid də belədir. Bu yenidəndoğuşun epik formasının təzahürü məhz Yunus cütlüyüdür.
Təəcüblüdür, amma son bir ildə nə əzabküş Leyla Yunus, nə onun əfsanəvi silahdaşı Arif Yunusov barədə demək olar heç nə eşidilmirdi, hərçən digər hüquq müdafiəçiləri Azərbaycan hakimiyyətini cənab Sulutskinin dediyi kimi, mifik siyasi məhbuslara görə aralıdan tənqid edirdilər.
Leyla Yunus Bakıda, Lenin meydanında. 1988-ci il
Az qala bir il əvvəl Leyla Yunusla bağlı daha bir təəcüblü və demək olar ki, stendalsayağı metamorfoza baş verdi. Yunus növbəti dəfə milli demokrat siyasi kultunun-Elçibəyin bizim yeni tariximizdəki roluna yenidən baxdı. Və hansı ki, bu əsrin hər dörddə birində bir baş verir. Bu dəfə Leyla Yunus Elçibəyin sovet KQB-sinin aşağı sort agenti olduğunu etiraf elədi, onun ömrünün son illərində öz əqidəsi və həqiqəti ilə dövlətçiliyin əliyevçi fəlsəfəsinə xidmət etdiyini bildirdi. Yunus milli demokratlardan uzaqlaşdı. Elçibəy ideyalarının ardıcılları isə bu quyruqlunu-opportunisti lənətlədilər. Ötən əsrin sonlarından Yunus ən azı iki dəfə elçibəyçiliyə öz münasibətinə yenidən baxmışdı-apologetlikdən məzəmmətə qədər.
AXC-nin qurucu rəislərindən biri qanlı yanvar hadisələrinə sayılı günlər qalmış Elçibəy qvardiyasının legitim sovet hakimiyyətinin devrilməsinə yönəlmiş siyasi avantürasını qınayaraq qapını bərk çırpdı və hərəkatı tərk etdi, Sosial-Demokrat partiyasına daxil oldu. Və Elçibəyin hakimiyyətə gəlişindən və öz əqidədaşlarının iflasa uğramasından sonra qiyamçıların yeni hökumətində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini tutmaq üçün eynilə bu cür həyasızcasına hərəkət etdi. Yunus Elçibəyə sədaqət andı içdi. Sonradan bu andını pozmaq üçün. Qiyamçı prezidentin qaçmasından sonra Yunus Azərbaycan sabitliyinin pozucusu tarixində yenidən öz yerini və rolunu dəyişdi. O, yenidən onun anafemesini (xristianlıqda əvvəlcə Allaha qurban kəsib sonra ondan üz döndərmək mənasında işlənir) satdı. Bir müddət sonra yenidən onun (Elçibəyin,-red.) ardıcıllarının bayrağı altına keçmək üçün...Və şeytan çarxında qısqanc vəziyyətdə bütün bu sonsuz fırlanmalar siyasi müstəvidən narazıların hüquq müdafiəçiləri sıralarına tullanmaqla müşaiyət olundu.
Yunus prezident Elçibəylə
Nəhayət Elçibəy- İsa Qəmbər cütlüyünün qanunauyğun və tarixi məğlubiyyətindən sonra ümumi depressiya və yadlaşma durumunda Yunusla bağlı daha bir təəcüblü metamorfoza baş verdi. Eldar Zeynalovla və onun şeytani ehtiraslı arvadı ilə birlikdə Leyla Yunusla konfliktoloq əri məlum ictimai korrupsiyanın əsasını qoydular. Hüquq müdafiəsi hərəkatının tarixində ilk dəfə dissidentlər uydurma siyasi məhbuslar siyahısı ilə alver etməyə başladılar. 2000-ci illərin əvvəllərində Yunus hüquq müdafiəsi sexindəki həmkarlarının hədəfinə çevrildi: siyasi-məhbus nazirlərin səs-küylü adları ətrafında korrupsiya qalmaqalları ölkəni silkələdi. Sonra hüquq müdafiəçisini qərb qrantlarını mənimsəməkdə ittiham etdilər...
Və bütün bu çirkin şərəfsizlik və alçaqlıq yolu Yunusu Bakı həbsxanasına aparıb çıxardı. Və yenidən öz həbsxana həyatı ilə sovet QULAQ-ının böyük əzabkeşlərindən Soljenitsin və Qrossmanla, Saxarovla paralellər aparan əzabkeş qadın obrazının doğuluşu başladı...Amma bir neçə ay sonra Yunus bu reinkarnasiya əhvalatına son qoyaraq Bakı kriminal həbsxanasının adı, darıxdırıcı günlərinə geri döndü, sənədli epistolyar janra əl atdı-Prezidentin dəftərxanasını bağışlanmaq xahişləri, yalvarışları ilə dolu, alçaldıcı məktublarla doldurmağa başladı. Ona yazıqları gəldi və buraxdılar. Və Taqanka səhnələrinə layiq qüsursuz aktyor ustalığı nümayiş etdirərək Yunus əynində nimdaş paltarla, cırıq gödəkçə və ayağında çəkələklə, hər tərəfə dağılmış, daranmamış ağ saçları ilə onun bu halına laqeyd qalmayan publikanın qarşısına çıxdı. Hamının ona yazığı gəldi və bağışladılar.
Yunusun aktyor ustalığı Taqanka səhnəsinə layiqdir
Və yenidən hiddət və trivial sinizm. Bakını tərk edən və uzaq Niderlandda məskunlaşan Yunus bahalı fransız kostyumunda, yaraşıqlı saç düzümündə və dəblə rənglənmiş saçlarında yenidən publika qarşısına çıxaraq təsirli və eleqant səslə dedi: “Bu, diktaturadan xilas olmaq üçün manevr idi!”
Yunus öz sinfində insanda həm nifrət, həm ikrah hissləri doğuran yeganə siyasətçisidir. Və məsələ təkcə sinizmdə deyil. Amma özünün xoş niyyətli olmayan niyyətlərlə dolu həyat yolunda Leyla Yunus milli məsələ də daxil olmaqla nəyə desən ona əl ata bilər.
Yunus Azərbaycanın yaddaşında əfsanəvi “Üzük” əməliyyatı-Ayaz Mütəllibovun hakimiyyəti dövründə Çaykənddən erməni saqqallılarının-yaraqlılarının qovulması zamanı digər cəbhəçi Hikmət Hacızadə ilə birlikdə (bizim siyasətimizdə daha bir qeyri-təbii varlıq) Pribaltikada haray salıb Azərbaycanı ermənilərin kütləvi deportasiyasına görə qınamağa çağıran adam kimi həmişəlik qalacaq. O, prezidenti qanunsuz erməni silahlı dəstələrinə qarşı mübarizəyə görə günahlandırırdı və istefasını tələb edirdi. On illər sonra Yunus Azərbaycan ordusunun aprel müharibəsində qələbə ilə nəticələnən blitskriqi zamanı da belə hərəkət etdi. Və daha bir prezidentin istefası tələbini irəli sürdü. Bununla yanaşı məhz Yunus Azərbaycan ictimai rəyində münaqişənin ədalətli siyasi nizamlanmasına nail olmadan millətlərarası barışıq ideyasını ardıcıl şəkildə yeridirdi.
Yunus erməni deputatları Bakıdakı problemlər haqda danışır
Böyük hesabla, hakimiyyət tərəfdən rədd edilmiş və həmfikirləri olan milli demokratlar tərəfindən lənətlənmiş Yunus özünün Azərbaycana yolunu bağlayıb. Lakin həyat davam edir və uzaq Hollandiyada Yunus cütlüyü sadəcə olaraq pul qazanıb başlarını dolandırmağa borcludur. Hər şeyə əvvəldən başlamaq onlarda alınmaz. Və bu cütlük “Azərbaycan hüquqsuzluğunu” istismar etməkdə davam edib, amma bir qədər fərqli rakursda-erməni baxışı prizmasından.
Yunus özünün “Azərbaycan QULAQ-ında” əzabkeş mübarizəsi barədə qəlbləri titrədən sevimli lirik-dramatik əhvalatlarına qayıdaraq konfliktoliq qalığı əri ilə birlikdə “Sovet QULAQ-ından Azərbaycan həbsxanasına” adlı xatirələr kitabını dərc etdirdi. Kitab erməni pulları hesabına Polşada KEW nəşriyyatında çap edilib. Kitabda özlərinin sevimli dissident obrazlarına geri qayıdaraq ər-arvad Yunuslar Avropa ictimaiyyəti qarşısında əzabkeşlər obbrazında dayanırlar, özlərinin “heç yerdə əks olunmayan həyat hekayələri ilə”. Əlbətdə ki cütlük öz “monumental əsərlərində” sifarişçinin ali iradəsinin çirkin icraçıları qismində çıxış edərək Azərbaycan hakimiyyətinin gözdən salınması vəzifəsini yerinə yetirirlər. Erməni hökumətinin dəstəyi ilə Yunuslar stalinizmin müasir dövrdə həyata keçməsi barədə paranoik əhvalatları bir neçə dəfə yenidən nəşr etdirə biliblər.
Amma paranoik əhvalatlar təkcə Stalin dövrü canlarının və can alıcılarının yeni dövrə keçməsindən bəhs eləmir, kitab həmin Arif Yunusovun əzablarından və əziyyətlərindən də danışır. Hansı ki, bölmələrdən birində anasının –Arşalyus Arsenovnanın erməni köklərindən, azərbaycanlıların ermənilərə qarşı dözümsüzlüyündən və nifrətindən bəhs edir.
Anası Arşalusun vəsiyyətinin dalınca
Yaxın zamanlarda Yunuslar Yerevandakı partnyorlarının-Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryanın dəstəyi ilə “dəhşətli Azərbaycan reallıqlarından” bəhs edən əhvalatlarının Ermənistan piştaxtalarına da satışına hazırlaşırlar. Bu məqsədlə Arif Yunus mart ayında Yerevana səfər etməyi planlaşdırır...
Ola bilsin Azərbaycan cəbhçiliyinin çirkaba bulaşmış keçmişindən bu səhifəni yenidən çevirməyə dəyməzdi, axı onun qəhrəmanları geri dönüşü olmayan xəttin o tərəfində qalıblar. Biz məsələn, Lenin meydanının Elçibəy tribunasının digər “qəhrəmanı”, kollaborasionizmi Azərbaycana qarşı mübarizə yolu seçmiş Əlikram Hümbətovu yada salırıqmı? Yox, Yunusların taleyində bu yeni dönüşü və yalançı memurarçılığı yada salmağa hər halda dəyərdi. Axı Azərbaycan hakimiyyətinin Yunusların ermənipərəst olduqları haqda israrlı ittihamları kimlərəsə ifrat siyasi hiperbola kimi görünə bilərdi...İndi Yunuslar həmişəlik Ermənistana getdilər, bir daha heç vaxt Azərbaycana qayıtmamaq üçün.
Oxu24.com
ŞƏRHLƏR