Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
56507
20.12.2019, 13:08
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.
Oxu24.com xəbər verir ki,Qafqazinfo-nun əldə etdiyi məlumata görə, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir.
Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq altı il Bakı Apelyasiya Məhkəməsində, sonra isə üç il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti üç il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir.
Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. O, bir müddət əvvəl banklardan birinin Mingəçevir şöbəsində rəhbər vəzifə tutub. Ramal Quliyevin adı da atası kimi mətbuatda mütəmadi hallanıb. Belə ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan videosunda Ramal Quliyev də olub.
Sabiq başçı Nizaməddin Quliyev Goranboy rayonunda rəhbər olanda oğluna görə sahibkarlarla da problemi olub.
Həmçinin oxuyun
Həmin zaman mətbuat səhifələrində yayılan məlumata görə, N.Quliyevə rayonda abadlıq işlərini tanınmış biznesmen Müqayis Verdiyevə gördürüb. Bu iş üçün sahibkarın 256 min manat xərci çıxsa da, başçı ona cəmi 100 min qaytarıb.
M.Verdiyev qalan 156 min manatı almaq üçün bəzi qurumlara mətbuata müraciət etdikdən sonra onun başçı ilə münasibətləri pozulmuşdu. Daha sonra N.Quliyevin şirkətinin adından edilən dələduzluqla bağlı şikayəti əsasında iş adamı M.Verdiyev həbs edilsə də, sonradan məhkəmədə bəraət alaraq azadlığa buraxılmışdı.
İddiaya görə, N.Quliyevin oğlu Ramal bankda işləyərkən yarım milyonluq yeyintiyə yol veribmiş və bu zərərin ödənməsində başçıya goranboylu sahibkar M.Verdiyev maddi yardım edib. Daha sonra Ramalın ölkədən qaçdığı barədə məlumatlar yayılmışdı.
R.Quliyev isə bu barədə açıqlama verərək təkzib etmişdi:
“Nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq, heç atmarıq da. Heç bir adam hamı üçün yaxşı ola bilməz. Öz işimdəyəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm, yemərəm də.Yazıblar ki, guya atam məni xaricə qaçırıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə”.
Bu işlə bağlı istintaq davam edərkən vəkil Adəm Məmmədov da Ramal Quliyevin İlqarə Kazımova ilə olan münasibəti barəsində açıqlama yaymışdı. Nizaməddin Quliyevin bu yazıdan Vəkillər Kollegiyasına verdiyi şikayəti əsasında A.Məmmədov cəzalandırılmışdı.
01:06 / 25 Yanvar 2026
1
00:28 / 25 Yanvar 2026
37
00:14 / 25 Yanvar 2026
45
00:08 / 25 Yanvar 2026
16987
00:05 / 25 Yanvar 2026
26085
00:00 / 25 Yanvar 2026
404
23:54 / 24 Yanvar 2026
36
23:43 / 24 Yanvar 2026
69
23:36 / 24 Yanvar 2026
33
23:27 / 24 Yanvar 2026
60
23:17 / 24 Yanvar 2026
60
23:10 / 24 Yanvar 2026
65
23:01 / 24 Yanvar 2026
41
22:44 / 24 Yanvar 2026
163
22:35 / 24 Yanvar 2026
345
22:29 / 24 Yanvar 2026
64
22:27 / 24 Yanvar 2026
85
22:27 / 24 Yanvar 2026
61
22:16 / 24 Yanvar 2026
184
22:09 / 24 Yanvar 2026
89
22:04 / 24 Yanvar 2026
79
21:48 / 24 Yanvar 2026
79
21:45 / 24 Yanvar 2026
1626
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.