Qaynar xətt:

(+99450) 247 90 86

Rüşvət alarkən saxlanılan icra başçısı kimdir? - DOSYE

ÖZƏL BÖLÜM

1349

19.12.2019, 13:28

Xəbər verdiyimiz kimi, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında yaxalanıb.
Oxu24.com rüşvət alan icra başçısı haqqında bəzi məlumatları təqdim edir: Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır. İqtisad elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var