Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
1559
12.12.2019, 17:25
Heydər Əliyevin Moskvadan KQB-ni necə aldadaraq Azərbaycana gəlməsi hələ də məlum olmayan müəmmaya çevrilib. Hələ o zaman - 1987-ci ildə Sovet İKP MK-nın Baş katibi Qorbaçov onu işdən uzaqlaşdırır və Moskvadan çıxmağına imkan vermir. Bu, həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi olacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərini çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi. Ötən il Rusiyanın “Tam məxfi” verilişi maraqlı məqamları ortaya çıxartmışdı.
Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə deyilir ki, 1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər.
Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirilirdi: “Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə “Times” qəzeti məni hətta SSRİ-nin “parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.
Təbii ki, bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət 1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: “Sən getməlisən”.
Daha sonra Əliyev “səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlərin məzunu və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.
Azərbaycanda vəziyyət çox ağır oldu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyirdi. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.
Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımı nəzarət olunan, qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi.
Həmçinin oxuyun
Adının açıqlanmasını istəməyən MTN-nin keçmiş yüksək vəzifəli şəxsi bu barədə Publika.az-a bildirir ki, Heydər Əliyevin həmin vaxt KQB-nin nəzarətindən çıxaraq Moskvanı tərk etməsinin bir neçə yolları ola bilərdi. Onun sözlərinə görə, ilkin versiya KQB daxilində kimlərində ona yardım etməsidir: “İkinci versiya KQB-də çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər Əliyevin özü uzun müddət KQB-də çalışmışdı və əməliyyat işini praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci variantda isə ən yaxşı hazırlanmış əməliyyatdır”.
Keçmiş MTN-çi qeyd edib ki, Heydər Əliyev bu iki variantdan istifadə etmiş olmalıdır: “Amma hesab edirəm ki, onun Moskvadan çıxmağına özünün təşkil etdiyi xüsusi əməliyyat səbəb ola bilərdi. Çünki həmin vaxt vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi inandırcı görünmür. Güman ki, müəyyən dəstək olub, lakin bu dəstəyin miqyası onun KQB-ni azdırmağına yetərli olduğunu demək çətindir. Adətən peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən versiyadan istifadəyə üstünlük verirlər”.
Sabiq kəşfiyyatçının fikrincə, Heydər Əliyev zahiri görünüşünü dəyişdirərək Moskvanı tərk edib.
“Xüsusi əməliyyat dediyim də budur. Güman ki, o, zahiri görünüşü tanınmaz hala salaraq, bu addımı atıb. Bu Moskvanın ağılına gəlməzdi. Çünki Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı. Moskva inanmazdı ki, bu yaşda və bu nüfuzda olan şəxs belə bir addımı ata bilər. Amma bütün versiyaları analiz etdikdə daha çox bunu üzərində dayanmaq mümkündür”, - deyə o bildirib.
Digər maraqlı məqam Moskvadan Azərbaycana qədər olan uzun məsafənin necə qət edilməsidir. Sabiq kəşfiyyatçı hesab edir ki, ağıllı kəşfiyyatçı belə məqamlarda təyyarədən istifadə etməz. Onun sözlərinə görə, Heydər Əliyev də bunu etməzdi: “Maşınla başqa yerə gedib, ordan qatar, yaxud digər nəqliyyat vasitəsilə Azərbaycana gələ bilərdi. Yəni məsələnin tam tərsi - ən çox gözlənilən yox, ən az ehtimal olunan nəqliyyatdan istifadə etmiş olmalıdır”.
Hər halda Heydər Əliyev KQB-ni özünəməxsus olaraq aldadaraq Bakıya gəldi və bu, Azərbaycan üçün çox lazımlı idi. Amma onun gəlişi sirr olaraq qalır və bunun belə olacağı daha inandırıcı görünür.
16:30 / 13 Avqust 2025
ABŞ İsveçrənin neytrallıq siyasətinə şübhə etməyə başladığını bildirib
17
16:20 / 13 Avqust 2025
Tramp onları böyük insanlar adlandırdı
22
15:25 / 13 Avqust 2025
İqtisadçı Orbanın Ukraynanın bir gündə dağılması ilə bağlı dediklərini şərh edib
36
15:17 / 13 Avqust 2025
Maşın ayı balasını vurub öldürdü
37
14:47 / 13 Avqust 2025
Elza-Roza məhkəməsinin ŞOK DETALLARI: Kim qalib gəldi?
219
14:44 / 13 Avqust 2025
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
54
14:13 / 13 Avqust 2025
Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdaladı
88
13:57 / 13 Avqust 2025
Prezident bu Nazirliyin səlahiyyətlərini artırdı
1840
13:52 / 13 Avqust 2025
İnterpolun axtardığı şəxs Türkiyədə tutuldu
45
13:45 / 13 Avqust 2025
Paşinyan Aİİ-nin tədbirinə qatılmayacaq
53
13:41 / 13 Avqust 2025
Zaxarova açıqladı: Adamişin öldü
45
13:31 / 13 Avqust 2025
Sabahın havası AÇIQLANDI
191
13:05 / 13 Avqust 2025
İlham Əliyev Fərman İMZALADI
232
13:02 / 13 Avqust 2025
Kanada ukraynalıları İranın vurulan təyyarəsinin pulunu ödəməyə məcbur edir
165
12:59 / 13 Avqust 2025
Estoniya rusiyalı diplomatı ölkədən çıxarır
58
12:40 / 13 Avqust 2025
Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)
1369
12:34 / 13 Avqust 2025
Balıkəsirdə zəlzələdə uçan binanın sahibi həbs edilib
44
12:28 / 13 Avqust 2025
Tramp-Putin görüşündə əlavə kim olacaq?
167
12:27 / 13 Avqust 2025
Evdən 6 min manat oğurlanıb
55
12:11 / 13 Avqust 2025
Peyk görüntüləri YAYILDI - Putinin iqamətgahı BELƏ QORUNUR
449
12:07 / 13 Avqust 2025
Pensiyalar verildi
57
11:46 / 13 Avqust 2025
Filippo: Tramp Putinlə görüşdən əvvəl AB-nin Ukrayna ilə bağlı planını məhv etdi
53
11:40 / 13 Avqust 2025
Sentyabr ayında bu bürclər varlanacaq
497
11:37 / 13 Avqust 2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
54
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.