Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
10588
26.02.2025, 11:10
Ay Xocalılar, narahat olmayın bizik- Ağdamdan sizə köməyə gəlmişik, bizə tərəf gəlin deyərək...
Bu gün Xocalı adlı acımızın yarandığı gündür. Həmin tarixdən 33 il keçməsinə baxmayaraq, o yaramız qaysaq tutmadı, qabıq bağlamadı. Ana -bacılarımızın, qız- gəlinlərimizin başına gətirilən o oyunları unutmadıq, unutdurmadıq!
Müzəffər prezidentimiz,ali baş komandan cənab İlham Əliyevin apardığı düzgün siyasəti və onun dəmir yumruğunun zərrəsi olan qeyrətli vətən oğullarının sayəsində, döyüş meydanında düşməndən başımıza gətirdikləri bütün müsibətlərin qisasını aldıq. Qalib sərkərdəmizin Xocalıda bayrağımızı sancması, ucaltması, həm də əyilmiş qəddimizi, başımızı dikəltdi. Xocalı adı gələndə daha Azərbaycan oğlu utanmır, başını yerə əymir.
Xocalı dəhşətini, eyni zamanda da zəfərimizı yaşamısınız. Bu zəfəri yaşayacağımıza ümid edirdinizmi? Əminik ki, əsirlik zamanı çox hadisə yaşamısınız. Unuda bilmədiyiniz hansılardır?
Soyqırımın bilavasitə göstərişcisi və iştirakçısı olan, türk qanına susayan o cəlladların bu gün Bakıda istintaq təcridxanasında saxlanılmaları, və qanun qarşısında cavab vermələri bir az da olsa sizə təsəlli verirmi?
Oxu24.com -un suallarını Respublikanın əməkdar fəxri həkimi, eyni zamanda erməni əsirliyində olmuş Xocalı sakini Məmməd Nağıyev cavablandırıb.
Xocalı faciəsi baş verən günü necə xatırlayırsınız?
-Soyqırımdan bir neçə gün əvvəl idi ki, mən evimdə gecələmirdim. Çünki 12 nəfər ağır yaralımız var idi. Və mən hər gecəni bir yaralının evində keçirirdim. Çünki xəstəxanamız fəaliyyətə başlamamışdı, yaralıların müalicəsini ev şəraitində aparırdım. Həmin gecə isə bir müddət əvvəl Xocalıya köməyə gələn və orada yaralanan Milli Qəhrəman Aqil Quliyev və onun döyüşçüsü Cabbar Zeynalovun qaldığı evdə onlara tibbi yardım göstərdim. Bildiyiniz kimi Xocalı 1988- ci ildən başlayaraq, soyqırım gününə kimi erməni vəhşiliyinə məruz qalıb. O gecə təxminən 22:30 radələrində isə hər tərəfi dəhşətli gurultulu bürüdü. Ermənilər 366-cı rus moto -atıcı alayının hesabına hər tərəfdən Xocalını mühasirəyə alıb, şəhəri BTR, PDM və tanklardan atəşə tutmağa başladılar. Şəhər od tutub yanırdı. Bataliyonumuzun əli avtomatlı döyüşçüləri texnikaların qarşısında nə qədər cəsarətlə dayansalar da, düşmənin qat -qat artıq olan qüvvə və müasir texnikası qarşısında geri çəkilməyə məcbur oldular. Getdikcə mühasirə dairəsi daralır, ermənilər rus alayının döyüşçüləri ilə şəhərə daxil olurdular. Artıq şəhid və yaralılarımızın sayı- hesabı yox idi. Yaralıların hər birinə əlimdən gələn ilkin yardımı etməyə çalışırdım. Baxmayaraq ki, onlar çox mənsə tək idim.
(Əsirlikdən 8 gün sonra)
Bildiyimiz kimi siz də həmin günü əsir düşmüsünüz.Hansı şəraitdə baş verdi bu?
-Soyqırımın yaşandığı gece təxminən saat 04:00 radələrində mən də Qar-qar çayını keçib, meşələrə üz tutdum. Təxminən 150 nəfər olardıq. Çox dəhşətli günlər idi. Elə düşünürdüm ki, bəlkə də Allahın bizə qəzəbi tutub.
Soyuq bıçaq kimi kəsirdi. Çox adamın əl -ayağı donmuş, taqətdən düşmüşdü. Erməni cəlladları isə meşədə də yolları kəsmiş, camaata qarşı hər cür vəhşilikləri edirdilər. Onlar heç kimə fərq qoymadan, hətta hamilə qadınlara belə atəş açırdılar. Xocalıları son nəfərinə kimi öldürmək istəyirdilər. Çünki onlar 4 illik müharibə dövründə Xocalılardan çox yanıqlı idilər. Belə ki, onlar Ağdam -Şuşa yolunda azərbaycanlılara qarşı törətdikləri hər bir vəhşiliyə görə, Xocalılardan qarşılığını alırdılar.
Həmçinin oxuyun
Çox əzab -əziyyətlərdən sonra fevralın 27-də Dəhraz kəndi yaxınlığında eşitdik ki, bizi çağıraraq deyirlər ki, “ay Xocalılar, narahat olmayın bizik - Ağdamdan sizə köməyə gəlmişik, bizə tərəf gəlin”. Onlara az qalmışdıq ki, başladılar bizə atəş açmağa. O zaman anladıq ki, ermənilərin oyununa gəlmişik. Biz yaxınlıqdakı dərəyə düşdük, oradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən qabaqda anası ilə gedən 10 yaşlı uşağa atəş açdılar. Uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilər mənə də atəş açdılar. Mərmi papağımın uc hissəsini deşib keçdi. Buna baxmayaraq biraz gözləyib, yenidən uşağa tərəf sürünüb, köynəyimin qolunu çıraraq yarasını sarıdım. Daha atəş səsi kəsmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb, təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralı idim. Yanımda da bizimkilərdən iki avtomatlı məni gözləyirdi. Deyirdilər ki, həkim, gəl gedək. Biz artıq meşəyə tərəf keçmişik, Ağdama gedə bilərik.
O an imkan var idi ki, mən erməniyə əsir düşməyim. Lakin yaralı uşaq, əl-ayaqlarını don atanlar və digər yaralıların- bunların hamısının mənə ehtiyacları var idi. Əgər getsəydim, bunu bir ömür özümə bağışlamazdım. Ona görə də yaralı uşağı götürüb, camaatın yanına qayıtdım. Elə orada bir çox ağır yaralıya ilkin müdaxilə etdim. Qanaxması dayanmayan əsirlərin yarasını isə adi iynə sap ilə tikib, qan itirməsinin qarşısını aldım.
Həmin vaxt Məmməd həkim soydaşlarımızın başına gətirilən bir çox müsibətlərin şahidi olur.
-Biz əsir götürüldükdən sonra, ermənilər bizi böyük bir otağa yığıb, üzərimizdə olan bütün zinət əşyalarını, hətta ağzında qızıl dişi olanların dişlərini adi kəlbətinlə çıxarıb, olmazın əzab -əziyyətlərini verirdilər.
Əsir düşdüyümüz bir saat olardı. 5-6 erməni dəli kimi içəri yüyürdü. Bir nəfər erməninin bizimkilər tərəfindən öldürüldüyünü bildirdilər. Onun əvəzində isə içimizdən 13 nəfəri seçib, çöldə güllələdilər.
Biznən bərabər əsir olan türk oğlan Əhmədin isə başını kəsib, onunla futbol oynayırdılar.
Bir az keçmiş saxlanıldığımız otağın qapısı açıldı, 2 erməni içəri daxil oldu. Məni çölə çıxarıb avtomatın qundağı ilə vurdular ki, bizim dəstədə pulemiyotun kimdə olduğunu öyrənsinlər. Bilmirəm dedikdə isə məni təpiklə, yumruqla vurub 15 dəqiqə sonra yenidən soruşanda deməsən başını kəsəcəm dedilər. Təxminən 20 dəqiqə sonra, məni içəridən çıxarıb ( mən içəri qayıtdıqda əsirlərdən mənə dedilər ki, pulemiyot Nicat adlı oğlanda olub, o isə artıq Ağdama keçib) cavab verməyimi tələb etdilər. Mən həkim adamam, doğrudan da bilmirəm dedim. Onlar isə gözü dönmüş halda yenidən avtomatın qundağı ilə məni vurub yerə yıxdılar. Ciblərindəki iri bıçaqları çıxarıb sinəmə çökdülər. Bu zaman bir maşın bizə yaxınlaşıb saxladı. İçərisindən iki nəfər mülki geyimli adam yerə düşüb, onlara nə dedilərsə, məni yerdən qaldırıb əsirlərin yanına qaytardılar.
Çox əzablardan sonra, onları əsirlikdən azad edirlər. Əsirlikdən qayıtdıqdan sonra N. Məmməd Xocalı taborunun bərpa olunmasında iştirak edir və 25 dekabr 1995-ci ilə qədər Azərbaycan Milli Ordusunun sıralarında ön cəbhədə hərbi həkim, baş leytenant kimi öz xidməti borcunu davam etdirir. Dəfələrlə əsgər və zabit yoldaşlarının onun ön mövqelərə getməməsini təkid etmələrinə baxmayaraq, o həmişə ön mövqedə əsgərlərimizlə birgə səngərlərdə olur. Qara qaya, Şelli, Naxçıvanik, Pircamal, Aranzəmin, Abdal, Gülablı, Bağbanlar, Fərrux, Paprəvənd və Şahbulaq uğrunda gedən döyüşlərdə onlarla yaralıya döyüş meydanında yardım göstərdikdən sonra arxa cəbhəyə təxliyə edib. Daha sonra Məmməd həkim uzun illər Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olaraq fəaliyyət göstərib.
Müsahibəni apardı: Pərvin SAKİRQIZI
17:30 / 24 İyun 2025
İranlı nazir Türkəmistana getdi
19
17:26 / 24 İyun 2025
Bakıxanovda binada yanğın - Sakinlər təxliyə edildi
13
17:20 / 24 İyun 2025
Paşinyan erməni kilsəsinin rəhbərinə onun cinsiyyət orqanına baxmağı təklif edib
15
17:20 / 24 İyun 2025
İranın məşhur generalı öldürülüb
14
17:13 / 24 İyun 2025
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn ay qüvvəyə minir
16
17:10 / 24 İyun 2025
Ermənistanın xalq artisti öldü
14
16:56 / 24 İyun 2025
ABŞ Ali Məhkəməsi miqrantların üçüncü ölkələrə deportasiyası haqqında qanun layihəsini səsə qoyub
16
16:55 / 24 İyun 2025
Fikodan açıqlama
15
16:32 / 24 İyun 2025
Bakıda əməliyyat: Xeyli sayda tutulan var +VİDEO
516
16:30 / 24 İyun 2025
Tramp Netanyahuya zəng edərək bunu istəyib
24
16:26 / 24 İyun 2025
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edib
26
16:20 / 24 İyun 2025
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasındakı əməkdaşlıq güclənir
53
16:17 / 24 İyun 2025
İsrail Tehranda radiolokasiya stansiyasına hücum edib
24
16:01 / 24 İyun 2025
Hava limanında şok hadisə: Əsəbi zəif olanlar baxmasın!
360
15:57 / 24 İyun 2025
TƏCİLİ! İsrail İranı yenidən vurdu
48
15:49 / 24 İyun 2025
Əli Əsədov yeni qərar imzaladı
211
15:44 / 24 İyun 2025
Yeni qan qrupu aşkar edilib
31
15:14 / 24 İyun 2025
İranlı qadının üsyanı gündəm oldu: Biz rejimi sevmirik,amma... +VİDEO
282
15:11 / 24 İyun 2025
Gürcüstanın yeni baş prokuroru seçildi
40
15:08 / 24 İyun 2025
Trampdan yeni açıqlama
53
14:59 / 24 İyun 2025
Prezident Mingəçevirdə Çen Qianqı qəbul edib - FOTO
42
14:46 / 24 İyun 2025
Ukrayna Almaniyadan dron əleyhinə müdafiə sistemləri alıb
40
14:44 / 24 İyun 2025
Nazirdən MÜHÜM AÇIQLAMA
54
14:38 / 24 İyun 2025
SON DƏQİQƏ! Yeni komandan təyin edildi
852
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.