Baş prokuror Abşeronda vətəndaşları qəbul edib
05 Noyabr 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1399
25.02.2025, 10:59
Elə Azərbaycanlı qadınlar olub ki, onların yaşadıqlarına dözmək insandan kişi qüdrəti istəyir. Onlardan biri də 14 yaşı oğlu ilə iki dəfə sürgün edilən Cahan Talışinskayadır.
Oxu24.com xəbər verir ki,Cahan xanım Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi.
Cahanın gözəl musiqi duyumu olduğundan o, bacısının evindəki pianoda, tarda müxtəlif musiqilər ifa edirdi. Bacısının yanında qaldığı illərdə Azərbaycan Qızlar Seminariyasına daxil olur. Təhsil almaqla yanaşı Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə gedir.
1927-ci ildə Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olur. Elə həmin il ailə qurur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir.
Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır. Cahan xanım bir çox konsertlərdə çıxış edir, Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxır.
O, həmçinin xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Onunla bir dövrdə yaşayıb yaratmış musiqiçilərin sözlərinə görə Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur.
Çox vaxt onu Qatar Cahan da çağırırlar. 30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfər edir. Onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqdan sonra konsert proqramında iştirak edən Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.
Davamı TV11-in videomaterialında...
Müəllif: Sərdar Amin
14:57 / 05 Noyabr 2026
62
14:50 / 05 Noyabr 2026
64
14:48 / 05 Noyabr 2026
68
14:44 / 05 Noyabr 2026
59
14:41 / 05 Noyabr 2026
77
14:36 / 05 Noyabr 2026
70
14:25 / 05 Noyabr 2026
93
14:24 / 05 Noyabr 2026
92
14:18 / 05 Noyabr 2026
210
14:08 / 05 Noyabr 2026
126
14:01 / 05 Noyabr 2026
94
13:48 / 05 Noyabr 2026
990
13:41 / 05 Noyabr 2026
103
13:20 / 05 Noyabr 2026
153
13:12 / 05 Noyabr 2026
165
13:02 / 05 Noyabr 2026
368
13:00 / 05 Noyabr 2026
193
12:56 / 05 Noyabr 2026
177
12:51 / 05 Noyabr 2026
128
12:41 / 05 Noyabr 2026
429
12:40 / 05 Noyabr 2026
132
12:39 / 05 Noyabr 2026
114
12:36 / 05 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.