Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
973
04.12.2025, 23:18
2026-cı ilin mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun tətil günləri olacaq. Bu, gələn ilin Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi, üstəlik həftəsonları və kompensasiya edilən əlavə qeyri-iş günləri ilə bağlıdır.
Oxu24.com yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin martında istirahət günlərinin sayı iş günlərindən daha çox olacaq.
Mart 31 gündür. Ondan 9-u şənbə-bazara təsadüf edir. Həmin ayın 1, 7, 8, 14, 15, 21, 22, 28, 29 istirahət günləridir.
Martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Gələn ilin martin 8-i bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü istirahət olacaq. Yəni martın 9-da iş yoxdur.
Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Əmək Məcəlləsinə görə, bayram günləri şənbə-bazara düşərsə, növbəti iş günləri tətil günü sayılır. Martın 21-i şənbə, 22-si bazar olduğuna görə, Novruzla bağlı əlavə istirahət günləri 25 və 26 mart tarixlərində olacaq.
Ramazan bayramı da eyni tarixlərə - 20 və 21 mart günlərinə təsadüf etdiyindən, üst-üstə düşən qeyri-iş günlərinə görə kompensasiya mexanizmi işə düşür və martın 27, 28, 29 və 30-u da qeyri-iş günü kimi müəyyən edilir. Beləliklə 11 gün ardıcıl - martın 20, 21, 22, 23, 24 25, 26, 27, 28, 29 və 30-u iş olmayacaq.
İş martın 31-də başlayacaq.
Nəticə olaraq, bütün bu bayramlar, kompensasiya edilən tətil günləri və həftəsonları birlikdə mart ayındakı iş günlərinin sayını cəmi 14-dür. Qeyri-iş günləri isə ümumilikdə (şənbə-bazarlar da daxil) 17 gün təşkil edəcək. 2026-cı ilin mart ayı həm təqvimdə, həm də istirahət baxımından yadda qalan aylardan biri olacaq.
Qeyd edək ki, 2025-ci ilin təqviminə əsasən, mart ayında 8 rəsmi qeyri-iş günü qeyd olunmuşdu. 8 Mart-Qadınlar Günü ənənəvi olaraq iş günü sayılmırdı. Ardınca 20-24 mart tarixləri Novruz bayramı münasibətilə ölkə üzrə qeyri-iş günləri elan edilmişdi. Ayın sonunda isə 30 və 31 mart Ramazan bayramına təsadüf etdiyindən həmin günlər də rəsmi istirahət günləri kimi müəyyən olunmuşdu.
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.