Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2729
21.10.2024, 12:43
Sabiq nazirin payızda göyərmək eşqi.
Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə dünyasını dəyişmiş “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovla bağlı fikirlərini bölüşüb.O,Qlobalinfoya açıqlamasında aşağıdakı sözləri deyib:
“Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”.
Daha sonra Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb:
“Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, xüsusilə də milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında eyni bir sahənin işçiləri kimi çox müsbət təəssüratlarım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.
Həmçinin oxuyun
Payız fəsli olmasına baxmayaraq Z.Məmmədov görünür, hansısa məqsədlə şəraitin münbitləşdiyini güman edərək yavaş-yavaş göyərmək eşqinə düşüb. Ziya Məmmədova yaxın mənbələrin söylədiklərinə görə, O,hazırda gözləmə mövqeyindəndir. Ucar rayonunun Qazıqumlaq kəndində qoyun fermasına fermerlik edir və yaşadığı kənddə özünün inşa etdirdiyi məscidə tez-tez baş çəkir.
Xatırladaq ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov Milli Məclisə bu il keçirilən seçkilər zamanı 94 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürsə də, onun sənədlərində saxtakarlıq aşkarlandığından namizədliyi qeydə alınmamışdı. O,özü saxtakar olduğu halda MSK-nın sədri hörmətli,cənab Məzahir Pənahovu və onun ətrafında olanları utanmadan saxtakar adlandırmışdı.
Bugünlərdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi altında keçirilən kollegiya iclasında bildirilib ki,Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsində 2020-2021-ci illərdə dövlət əmlakından və büdcədən idarə etmək üçün ayrılan pullardan təyinatı üzrə istifadə edilməməsinə dair problemlər aşkara çıxıb və cinayət tərkibi ehtimallarına görə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Palatanın qanunun aliliyi uğrunda gördüyü işlər doğurdan da alqışlara layiqdir. Bildiririk ki, həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. Xalq onun pullarını talayanları və qəhrəmanlarını gec-tez tanımalıdır.
Maraqlıdır,bütün dayaqlarını itirmiş,adı zaman-zaman neqativ əməllərdə hallanan Elton Məmmədov bu dəfə də, Prokurorluğun məngənəsindən xilas ola biləcəkmi?
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.