Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
6649
15.10.2024, 16:50
Övladları yanıb ölən ana fəryad edir.
Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.
Oxu24.com xəbər verir ki, qeyd olunan hadisə ilə bağlı CityPost.az saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.
“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”
Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.
“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən Elvin bizə deyirdi ki,sizə köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?
Həmçinin oxuyun
Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.
Füzuli rayonu icra hakimiyyətinin başçısı Alı Alıyev
Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərək dəstəyi asdı.
Qeyd edək ki, Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric olunub.
00:13 / 19 Sentyabr 2025
52
23:56 / 18 Sentyabr 2025
274
23:46 / 18 Sentyabr 2025
325
22:53 / 18 Sentyabr 2025
358
22:19 / 18 Sentyabr 2025
242
22:05 / 18 Sentyabr 2025
254
21:50 / 18 Sentyabr 2025
508
21:46 / 18 Sentyabr 2025
694
19:08 / 18 Sentyabr 2025
511
18:34 / 18 Sentyabr 2025
534
17:58 / 18 Sentyabr 2025
581
17:30 / 18 Sentyabr 2025
288
16:00 / 18 Sentyabr 2025
379
15:46 / 18 Sentyabr 2025
434
15:40 / 18 Sentyabr 2025
566
15:33 / 18 Sentyabr 2025
216
15:27 / 18 Sentyabr 2025
130
15:06 / 18 Sentyabr 2025
440
15:03 / 18 Sentyabr 2025
173
14:44 / 18 Sentyabr 2025
1148
14:36 / 18 Sentyabr 2025
172
14:31 / 18 Sentyabr 2025
441
14:29 / 18 Sentyabr 2025
132
14:02 / 18 Sentyabr 2025
199
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.