Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6960
25.02.2024, 23:59
Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır . Bu şəklin də çox maraqlı tarixçəsi var. 24 il əvvəl çəkilmiş fotoda olan şəxs Kəlbəcər rayon sakini Bayramova Həyat Fikrət qızıdır. O hazırda Goranboyun Buzluq kəndi ərazisində, 3 uşağı ilə birgə yaşayır.
Maddi vəziyyəti acınacaqlı olan Həyat xanım valideynlərinin qoyub getdiyi evdə tək 3 uşaq böyüdür. Həyat Bayramova 12 yaşında erməni işğalı nəticəsində öz doğma yurdundan ayrı düşür. Mətbuatda böyük səs-küyə səbəb olan həmin foto da məhz o gün çəkilib.
Oxu24.com xəbər verir ki, Həyat xanım Femida.az -a bir şəklin tarixçəsini belə açıqlayıb:
“… Həmin günü həyətimizə gələn su donduğu üçün bulqadan su gətirməyə getmişdim. Gördüm ki, qonşumuz saçını yolub, qışqırır. Deyirdi ki, ermənilər tuneli alıb, kəndə çatır. Mənim cəmi 12 yaşım var idi. Bunu eşidib, evə qayıtdım. Artıq hamı bir-birinə qarışmışdı. Atam da həmin günü evdə deyildi. Anam bizi çətinliklə yola çıxardı. Biz də ailədə 7 uşağıq. Anam bilmirdi ki, hansımızı aparsın. Artıq yolun başında köç maşınları dayanmışdı. Anam bizi çayın qırağındakı körpünün yanına gətirdi. Orada bizi yük maşınlarına mindirdilər.
Murovu çətinliklə aşdıqdan sonra Xanlar rayonunun girişində maşında düşdük. Anam baxdı ki, qardaşım yoxdur. Bizi orada qoyub, geri qayıtdı. Həmin vaxt balaca bacım da qucağımdaydı. Ətrafdakı səs-küydən, qadınların ağlamağından qorxurduq. Tək qaldığımızı görən bir kişi bizə yaxınlaşdı. O Molla Cəlilli kəndindən olan Alik dayı idi. Bizi götürüb, evinə apardı. Onun həyat yoldaşı Yazgül xala bizi 15 gün evində saxladı. Sonra atamla anam Molla Cəlilliyə gəlib, bizi tapdılar. Qardaşımı da kənd cammatı çıxanda Kəlbəcərdən Bərdəyə gətirmişdilər. Bir müddət Bərdədə məskunlaşdıqdan sonra Goranboyun Buzluq kəndinə köçdük. 1994-cü ildən bu evdə, Buzluqda yaşayırıq…

Mətbuatda yayılan həmin foto da bizim qaçqın düşdüyümüz gün çəkilib. Bacım Fatimə acından və soyuqdan ağlayırdı. Onun cəmi 5 yaşı var idi. Anam onu yun ədyala bükmüşdü. Bu günün özündə anam bacımı bükdüyümüz o ədyalı saxlayır…”
Oxu24.com Goranboyun Buzluq kəndindən hazırlanmış geniş reportajı təqdim edir:
Müəllif: Miri Məcidli
14:30 / 21 Sentyabr 2026
2
14:15 / 21 Sentyabr 2026
71
14:05 / 21 Sentyabr 2026
27
13:57 / 21 Sentyabr 2026
87
13:52 / 21 Sentyabr 2026
86
13:45 / 21 Sentyabr 2026
42
13:43 / 21 Sentyabr 2026
34
13:40 / 21 Sentyabr 2026
43
13:26 / 21 Sentyabr 2026
763
13:23 / 21 Sentyabr 2026
130
13:20 / 21 Sentyabr 2026
53
13:16 / 21 Sentyabr 2026
63
13:15 / 21 Sentyabr 2026
66
13:00 / 21 Sentyabr 2026
55
12:53 / 21 Sentyabr 2026
171
12:43 / 21 Sentyabr 2026
70
12:42 / 21 Sentyabr 2026
54
12:36 / 21 Sentyabr 2026
55
12:34 / 21 Sentyabr 2026
63
12:25 / 21 Sentyabr 2026
67
12:21 / 21 Sentyabr 2026
1214
12:20 / 21 Sentyabr 2026
65
12:17 / 21 Sentyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.