Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
531
25.02.2024, 20:31
Bir çoxlarımız bəzən istifadə etdiyimiz internetin sürətindən, yaxud davamlılığından şikayət edirik. Ekspertlər bildirirlər ki, bu məsələdə problem yaradan əsas məqamlardan biri də "Wi-Fi” qurğularıdır.
Bazara gətirilən sertifikatsız "Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır. Bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) açıqlamasında yer alıb. İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların keyfiyyətindən əmin olmağa və sertifikatı olmayan modemlər ilə bağlı tənzimləyici quruma məlumat verməyə çağırıb. Bəs vətəndaşlar şəbəkə qurğuları alarkən əldə etdiyi avadanlığın keyfiyyətli olduğuna necə əmin ola bilər?
Oxu24.com xəbər verir ki, "Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
"Ucuz və keyfiyyətsiz qurğular satılır”
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, internetin keyfiyyətinə və sürətin azlığına təsir göstərən bir çox məqamlar mövcuddur: "Bunlardan ən vacibi də məhz şəbəkə paylayıcılarıdır. Onların keyfiyyətli olması internetin sürətində çox əhəmiyyətli yer tutur. Təəssüflər olsun ki, Azərbaycanda ucuz və keyfiyyətsiz olan bəzi qurğular satılır. Onlar internetin sürətində problemlər yaradır. Modem seçərkən diqqətli olmaq lazımdır. Ölkəyə keyfiyyətli aparatların gətirilməsi böyük əhəmiyyət daşıyır. Nə qədər sürətli internet alsanız da, aparat keyfiyyətsiz olduğu halda daha zəif internet paylayacaq”.
20-30 manatlıq avadanlıqdan gözləntilərimiz
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, qiyməti orta olan məhsullar daha keyfiyyətli hesab edilir: "Bazarda satılan avadanlıqlara diqqət yetirsək, görərik ki, tanınmış istehsalçıların və bir də az tanıdığımız, adını ilk dəfə eşitdiyimiz şirkətlərin məhsulları mövcuddur. Mağazalarda bir neçə istehsalçının 20-30 manatdan 200-250 manata qədər evdə istifadə etdiyimiz internet paylayıcı qurğuları satılır. Funksionallığı eynidir. Amma ucuz olanlar zirzəmi şəraitində keyfiyyətsiz ehtiyat hissələrindən hazırlanır. Bəzi işbazlar da belə avadanlıqları sifariş verirlər. Bizə tanış olan şirkətlərin məhsulları isə özünü daha yaxşı göstərir. Qiyməti orta seqmentdə olduqda cihaz daha keyfiyyətli ehtiyat hissələrindən hazırlanır və performansı yüksək olur. 20-30 manatlıq avadanlıqdan gözləntilərimiz elə də böyük olmamalıdır. Çünki bizi gec-tez məyus edəcək”.
Həmçinin oxuyun
Sertifikatsız məhsul aldıqda...
F.Mirəliyevin fikrincə, mütləq şəkildə bu avadanlıqların sertifikatı olmalıdır: "Azərbaycanda məhsul satmaq istəyən istehsalçılar avadanlıqlardan nümunələr təqdim edib məhsulları üçün uyğunluq sertifikatı almalıdırlar. Bu sertifikatın mahiyyəti ondan ibarətdir ki, dövlət orqanları səviyyəsində həmin avadanlıqlar test laboratoriyalarında yoxlanışdan keçəcək və onların bütün tələblərə cavab verməsi təsdiq olunacaq. Amma belə görünür ki, hazırda bazarda müxtəlif mənşəli avadanlıqlar satılır. Yekunda isə vətəndaşlar narazı qalırlar. Uyğunluq sertifikatı almış avadanlıqlar daha yüksək keyfiyyətli hesab edilir. Bir çox hallarda internet zəifliyinə görə vətəndaş müvafiq orqanlara şikayət ünvanlayır. Araşdırmalardan sonra məlum olur ki, səbəb avadanlıq imiş. Sertifikatsız məhsul aldıqda istehlakçı bütün məsuliyyəti öz üzərinə götürür və keyfiyyətsiz xidmətlə bağlı hər hansı bir irad bildirə bilməz”.
Ağıllı texnologiyalara keyfiyyətli paylayıcı lazımdır
Müsahibimiz internet paketlərinin də nəzərə alınmalı olduğunu bildirdi: "Paylayıcı qurğuların internetin sürətində rolu böyükdür. Amma internet paketini də diqqətə almaq lazımdır. Hər bir abunəçi internet provayderi ilə müəyyən tarif çərçivəsində müqavilə bağlayır. Məsələn, 30-100 megabit sürətli internet paketi seçir. Elə provayderlər var ki, vətəndaşı aparatla da təmin edirlər. Amma eləsi də var ki, istifadəçi özü avadanlıq almalı olur. Bəzən də vətəndaş provayderin verdiyi avadanlığı bəyənmir və özü daha yaxşısını quraşdırır. Yüksək sürətli internet paketi seçib, ucuz və keyfiyyətsiz paylayıcı istifadə etsəniz, keyfiyyətli internet ala bilməyəcəksiniz. Evdə istifadəçi sayı çoxaldıqca sürət daha da zəifləyəcək. Yaxud yüksək sürət tələb edən yerlərə daxil olduqda problemlər yaşayacaqsınız”.
Hansısa avadanlığı seçmişiksə, bunları da bilməliyik
Ekspert qeyd etdi ki, aparat seçərkən bir neçə məqama diqqət etməliyik: "Hər avadanlığı qiymətinə görə dəyərləndirmək olmaz. Hansısa avadanlığı seçmişiksə, ilk növbədə istehsalçı ilə tanış olmalıyıq. Baxmalıyıq ki, bu aparatın öz ölkəsində dövlət standartlarına uyğunluğu varmı. Yaxud bizim dövlət orqanlarından sertifikat əldə edə bilibmi? Avadanlığın bütün texniki parametrləri araşdırılmalıdır. Texnologiya inkişaf edir, internetin sürəti artırılır. Yeni texnologiyalarla təchiz olunmuş aparatlar daha yüksək sürətlə çalışır. Neçə ötürücüsü var? Eyni anda neçə cihaza qoşulur? İstehsalçı öz məhsulunu neçə il dəstəkləyəcək? Yəni həmin avadanlıqda funksionallıq artırılacaq, yenilənmələr gələcək və paylayıcı daim aktiv olacaqmı?”
Qiymətinin fərqi yoxdur?
Şəbəkə qurğularının satışı ilə məşğul olan Müşfiq Rüstəmov isə dedi ki, alıcılar da sertifikat tələb etmir, aparatlarda da olmur: "Aldığınız məhsul tanınmış marka olduqda keyfiyyətli məhsul sayılır. Şəhərdə ən çox satılan 1-2 marka var. Onlar da kifayət qədər etibarlıdır. Aparatların üzərində sertifikat yoxdur. İnsanlar da bunu tələb etmirlər. Ucluqlarının sayı nə qədər çox olarsa, aparatın əhatə dairəsi o qədər genişlənir. Məsələn, 100 kvadratmetrlik evlərə bir ötürücü kifayət edir. Ucluq sayı artdıqca keyfiyyət daha güclü olur. Qiymətinin fərqi yoxdur. Qiymət yüksəldikcə yalnız imkanları genişlənir, menyusu artır. Daha bahalı avadanlıqları əsasən ofislərdə, şirkətlərdə quraşdırırlar. Ev üçün isə 20 manatlıq da, 200 manatlıqla eyni keyfiyyəti verir”.
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
209
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
802
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
53
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
48
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
49
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
39
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
53
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
46
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
48
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
48
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
64
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
70
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
115
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
120
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
164
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
133
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1697
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
183
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
142
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
158
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
165
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
169
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
167
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
164
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.