"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
24 Sentyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1709
02.09.2023, 23:30
Qanda laxtalanma və damar tıxanıqlığı. Son illər ən çox yayılan, 2 insandan birində rast gəlinən problemdir. Artıq çəki və hərəkətsizlik bu xəstəliyin yaranmasına səbəbi kimi göstərilsə də, ən əsas amil yediyimiz qidalardır. Bəli, düz eşitdiyiniz. Çox vaxt mənşəyini bilmədiyimiz, faydasının olub olmadığı barədə heç təsəvvürümüz belə olmayan qidalar. Marketlərdə vitrinləri bəzəyən çeşid bolluğu sizi aldatmasın.
Qan laxtalanmasına səbəb olan ilk faktor məhz yediyimiz qidlardır. Damarlarda yağlar yığılır, bu da damar tıxanıqlığı yaradır. İnsan orqanizmindəki bütün orqanlar oksigenə ehtiyac duyur. Orqanizmin hər hansı bir nahiyəsində əmələ gələn damar tıxanıqlığı orqanlarda oksigen əksikliyinə səbəb olur. Damar tıxanıqlığı həkim müdaxiləsi və düzgün qidalanma ilə aradan qaldırıla bilir. C vitamini çatışmazlığı da damar divarlarının xəsarət almasının səbəblərindəndir. Bəzən damar tıxanıqlığı müalicə ilə aradan qaldırılır. Lakin xəstə sonradan qidalanmasına nəzarət etmir. Beləcə, problem yenidən meydana çıxır.
İndi isə baxaq görək, damarlarımıza zərər verən nədir?
Mütəxəssislər neçə illərdir ki, mənşəyi bilinməyən qidaların orqanizmə vurduğu ziyandan danışırlar. Bu qidaların tərkibindəki trans yağlar birbaşa qanda laxtalanma yaradan səbəb hesab edilir. Bəs, trans yağ nədir?
Trans yağ turşuları doymamış yağların bərkiməsinin qarşısını almaq, otaq temperaturunda isə əriməsinə mane olmaq məqsədilə hidrogenləşdirmə prosesində istehsal edilən yağlardır. Ürək sağlamlığı üçün təhlükəlidir və xərçəng riskini artırır. Bu yağlar fast-foodlarda, mənşəyi bilinməyən yağlarda, rəf müddəti uzun olan şirniyyatlarda və digər un məmulatlarında rast gəlinir.
Gördüyünüz kimi, bir çox qida məhsulunda trans yağlar qarşımıza çıxır. Sevdiyimiz kekslər, mikrodalğalı sobada isidilməklə süfrəyə gətirilən piroqlar, dondurulmuş pizzalar, yarıqızarmış kartof, qril, kofe kremi ən birinci çəkəcəyimiz misallardır.
Trans yağın zərərlərindən danışım.
Ürək xəstəliklərinə tutulma riskini artırır;
İnsulin müqavimətinə və II tip diabetə mənfi təsir edir;
Köklükdən əziyyət çəkənlərin orqanizmində iltihablanmanı artırır;
Damarların divarlarını zədələyir;
Trans yağların insan orqanizminə heç bir faydası yoxdur. Lipoprotein səviyyələrini aşağı salır ki, bu da Koronar Arteriya Xəstəliyi riskini artırır. Kişilərdə cinsi aktivliyi azaldır.
Qidalanmanın qan laxtalanmasına yol açdığını göstərən əlamətlər bunlardır:
-nəfəs almaqda çətinlik çəkmək;
-daimi yorğunluq;
-əl, ayaq, sinə ağrıları;
-əzələ zəifliyi;
-beyinə zəif qan axını səbəbilə ortaya çıxan diqqət dağınıqlığı;
Bütün bunlara baxmayaraq, damarlarımızı təmizləyən, tıxanıqlığı aradan qaldıran üsullar da mövcuddur.
Sarımsaq. Tərkibində kimyəvi birləşmələr çoxdur. Bunlardan biri allicindir. A, B1, B2, B və C vitamini ilə, müxtəlif minerallarla zəngindir. Bununla bərabər, orqanizmdə ən önəmli antioksidant olan qlutation`un miqdarının çoxalmasına xidmət edir.
Nar. Bir araşdırmaya görə, nar təbii antioksidantdır və nitrik-oksid istehsalını artırır. Bu da qan dövranının normallaşmasını, arteriyaların sağlamlığını təmin edir.
Sarıkök. Damar sərtləşməsinin ən böyük səbəblərindən biri iltihablanmadır. Sarıkök məhz burda dövriyyəyə girir-iltihablanmanı azaldır. Fransız alimlərin apardığı bir araşdırma zamanı məlum olub ki, sarıkök damarlardakı yağ yığıntılarını 26% yox edir.
Zeytun yağı. Qidalandırma qabiliyyəti çox yüksəkdir. A, C, E vitaminləri, kalsium, fosfor, maqnezium və Omega-9 doymamış yağ turşusu ilə zəngindir. Pis xolesterolun səviyyəsini aşağı salan zeytun yağı iltihab əleyhinə xüsusiyyəti sayəsində damarların təmizlənməsində önəmli yerə sahibdir.
Qaragilə. Antosianinlərlə zəngindir. Qeyd edim ki, antosianinlər oksidativ stressin, iltihablanmanın profilaktikasında əhəmiyyətlidir. Damarların sağlamlığına müsbət təsir edir. Qaragilənin və digər giləmeyvələrin qəbulunun artırılması ürək xəstəliklərinə tutulma riskini aşağı salır; bunu bir çox elmi araşdırmanın nəticələri təsdiqləyir.
Brokoli. Arteriyalarda yığıntıların əmələ gəlməməsinin qarşısını alır. Antioksidant sayılan C və E vitaminləri qaynağıdır. Bu sayədə immuniteti gücləndirir. Öynələrinizdə suda bişmiş, zeytun yağlı, limonlu brokoliyə yer ayırmağı unutmayın.
Yaşıl çay. Stressə qarşı effektiv olan yaşıl çay ürək-damar xəstəliklərinin əmələ gəlməsinə mane olmaqda da mahirdir. Antioksidant baxımından zəngindir. Gündə 1 fincan içməyi vərdişə çevirsəniz, damarların sağlamlığı üçün önəmli olacaqdır.
Yulaf. Lif qaynağı olan yulaf nizamlı şəkildə yeyildikdə ürəyi və damarları təmizləyir. Pis xolesterolun səviyyəsini aşağı salır. Naharda yeyilən yulaf sağlamlığımız üçün çox faydalıdır.
05:25 / 28 Sentyabr 2026
1
00:12 / 28 Sentyabr 2026
105
00:09 / 28 Sentyabr 2026
138
23:44 / 27 Sentyabr 2026
2909
23:31 / 27 Sentyabr 2026
85
23:24 / 27 Sentyabr 2026
89
23:06 / 27 Sentyabr 2026
84
23:02 / 27 Sentyabr 2026
357
22:58 / 27 Sentyabr 2026
82
22:55 / 27 Sentyabr 2026
89
22:37 / 27 Sentyabr 2026
739
22:03 / 27 Sentyabr 2026
95
21:49 / 27 Sentyabr 2026
763
21:30 / 27 Sentyabr 2026
307
21:29 / 27 Sentyabr 2026
75
21:12 / 27 Sentyabr 2026
208
21:06 / 27 Sentyabr 2026
73
21:00 / 27 Sentyabr 2026
158
20:59 / 27 Sentyabr 2026
89
20:47 / 27 Sentyabr 2026
257
20:38 / 27 Sentyabr 2026
99
20:30 / 27 Sentyabr 2026
76
20:06 / 27 Sentyabr 2026
415
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.