Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
60768
23.11.2020, 20:01
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir.
DİN mətbuat xidmətindən Oxu24.com-a daxil olan məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb. Onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram “Alisa”, 16 qram “Tramadol”, 67 qram “Paden 300” markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram “Paden 300” və 23 qram “Tramadol” adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb.
Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsnin əməkdaşları tərəfindən 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
17:53 / 15 Noyabr 2026
1
17:43 / 15 Noyabr 2026
74
17:16 / 15 Noyabr 2026
238
17:12 / 15 Noyabr 2026
900
17:09 / 15 Noyabr 2026
64
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
114
15:15 / 15 Noyabr 2026
117
14:47 / 15 Noyabr 2026
163
14:34 / 15 Noyabr 2026
334
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
112
14:02 / 15 Noyabr 2026
462
13:27 / 15 Noyabr 2026
338
12:55 / 15 Noyabr 2026
1633
12:36 / 15 Noyabr 2026
375
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
146
11:52 / 15 Noyabr 2026
222
11:43 / 15 Noyabr 2026
148
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.