Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42199
az

Azərbaycan Ordusu Ağdama belə girib - QÜRURVERİCİ TARİXİ ANLAR

20:0220 Noyabr, 2020
1055
OXU24 TV
  • A

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib.

Müdafiə Nazirliyindən Oxu24.com-a erilən məlumata görə, qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib.

Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.
İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə azan oxunub və Cümə namazı qılınıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Metroda qadınların davası +VİDEO
Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı