Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37632
az

Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü — VİDEO

10:2716 Avqust, 2020
576
OXU24 TV
  • A

Rusiyanın Sankt-Peterburq şəhərində sürücü ona cərimə yazmaq istəyən yol polisinə ağır xəsarət yetirib.
REN TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yol polisinin müfəttişi “BMW” markalı avtomobili saxlayaraq sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi barədə irad bildirib.

Sürücü qanunun tələbinə məhəl qoymayaraq polisin barmaqlarını avtomobilin pəncərəsinə sıxaraq nəqliyyat vasitəsini işə salıb.
Nəticədə avtomobil yol polisi müfəttişini 700 metrə qədər asfaltın üzərində sürüyüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində sürücü saxlanılıb.

Onun barəsində cinayət işi açılacağı gözlənilir.oxu.az

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı