Azərbaycan 12 xalı bu ölkəyə verdi
17 May 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
3527
15.08.2020, 15:42
Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb. Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun
12:08 / 19 May 2026
1
11:56 / 19 May 2026
58
11:55 / 19 May 2026
24
11:46 / 19 May 2026
35
11:42 / 19 May 2026
98
11:41 / 19 May 2026
33
11:30 / 19 May 2026
31
11:25 / 19 May 2026
30
11:21 / 19 May 2026
75
11:12 / 19 May 2026
1028
11:11 / 19 May 2026
43
11:08 / 19 May 2026
41
11:01 / 19 May 2026
35
10:58 / 19 May 2026
36
10:51 / 19 May 2026
63
10:48 / 19 May 2026
48
10:41 / 19 May 2026
45
10:40 / 19 May 2026
46
10:37 / 19 May 2026
142
10:30 / 19 May 2026
135
10:26 / 19 May 2026
55
10:25 / 19 May 2026
52
10:23 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.