Azərbaycan 12 xalı bu ölkəyə verdi
17 May 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2284
07.08.2020, 18:05
Polis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb.
Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb. Daha sonra o, narkotik vasitələri Respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməli imiş. Sonuncu isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməli imiş. Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsi ilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

17:28 / 18 May 2026
1
17:25 / 18 May 2026
10
17:11 / 18 May 2026
55
17:05 / 18 May 2026
32
17:03 / 18 May 2026
206
17:01 / 18 May 2026
31
16:55 / 18 May 2026
39
16:52 / 18 May 2026
82
16:45 / 18 May 2026
263
16:41 / 18 May 2026
48
16:38 / 18 May 2026
49
16:35 / 18 May 2026
56
16:00 / 18 May 2026
69
15:42 / 18 May 2026
82
15:30 / 18 May 2026
174
15:18 / 18 May 2026
199
15:09 / 18 May 2026
157
14:59 / 18 May 2026
98
14:50 / 18 May 2026
80
14:42 / 18 May 2026
94
14:37 / 18 May 2026
85
14:31 / 18 May 2026
82
14:21 / 18 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.