Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO

ŞOU-BİZNES

748

06.06.2020, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib. 

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində arvadının qəfil vəziyyətinin pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, onlardan kömək istəyib. 

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıb.