“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
08 May 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
5553
02.06.2020, 12:21
Bakıda qısqanclıq zəmnində arvadını boğaraq öldürməkdə təqsirli bilinən Tural Kazımovun cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Axşam saatlarında Bakı şəhər sakini 28 yaşlı Tural Kazımov Suraxanı rayon 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib.
Araşdırma zamanı, telefonda çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Elə həmin anda Tural adlı şəxsdən həmin nömrəyə zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib.
Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb, 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib.
Hadisə barədə daha ətraflı videonun 19:00 dəqiqəsindən baxa bilərsiz.
11:53 / 11 May 2026
1
11:43 / 11 May 2026
79
11:18 / 11 May 2026
30
11:07 / 11 May 2026
134
11:05 / 11 May 2026
44
10:59 / 11 May 2026
305
10:53 / 11 May 2026
46
10:46 / 11 May 2026
382
10:42 / 11 May 2026
64
10:41 / 11 May 2026
54
10:38 / 11 May 2026
45
10:23 / 11 May 2026
331
10:21 / 11 May 2026
56
10:20 / 11 May 2026
48
10:18 / 11 May 2026
45
09:48 / 11 May 2026
69
09:45 / 11 May 2026
56
00:40 / 11 May 2026
357
00:29 / 11 May 2026
217
00:17 / 11 May 2026
404
23:54 / 10 May 2026
390
23:46 / 10 May 2026
383
22:48 / 10 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.