Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
927
07.04.2020, 09:43
Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyeva, nəvələri 4 yaşlı Banu Vəliyeva və 3 yaşlı Ömər Vəliyev evdə olub.
Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.
Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb.
Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.