Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1947
03.04.2020, 09:19
Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. Ümumilikdə 10 proqramın maliyyə həcmi 2,5 milyard manatdır. Bu da ümumi daxili məhsulun 3 faizini təşkil edir.
Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və digər sahələrdir. Bu sahələrdə fəaliyyət göstərən müəssisələrin əmək haqqı fondunun yarısı dövlət tərəfindən ödəniləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada da əmək haqqı fondunun bir hissəsinə dəstək tətbiq ediləcək.
Dövlət dəstəyindən karantin dövründə işçilərini ixtisar etməyən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlamış sahibkarlar yararlana biləcək. Bundan başqa işini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.
Dövlət koronavirus pandemiyasının ziyan vurduğu sahibkarların kredit ödənişlərinə də dəstək göstərəcək. Bu məqsədlə 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. 10 mart tarixindən əvvəl götürülən, vaxtlı-vaxtında indiyədək ödənilən kredit faizlərinin 10 faizi Sahibkarlığın İnkişafı Fondu hesabına ödəniləcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir.
Pandemiyanın mənfi təsirləri altında olan sahibkarlıq subyeklərinə müxtəlif vergi güzəştləri, tətilləri və imtiyazları veriləcək. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bu baxımdan ipoteka kreditlərinə dəstək proqramı da nəzərdə tutulub.
Bundan başqa işsiz vətəndaşlara dəstəyi özündə əks etdirən sosial paket də hazırlanıb. Bu barədə qarşıdakı günlərdə daha ətraflı məlumat veriləcək.
Dəstək proqramları çərçivəsində elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvt saat həcmində müddətli artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsinə, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.