Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27516
az

Daha bir nəfər koronavirusdan dünyasını dəyişdi - AzTV-nin hadisə yerindən VİDEOSU

21:3428 Mart, 2020
5104
OXU24 TV
  • A
Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda qeyd olunub ki, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib. Xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin səhhətinin sabitləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı