Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
4784
23.03.2020, 01:17
Gecə saatlarında da paytaxtda koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə ciddi təxirəsalınmaz işlər davam etdirilib.
APA TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kommunal texnikalar vasitəsilə küçə və prospektlər dezinfeksiya olunub.
Dezinfeksiya tədbirləri axşam saat 21-00-dan başlayaraq 2 saat davam edib. Proses paytaxtın bir neçə rayonunda həyata keçirilib. Yalnız mərkəzi küçələr deyil, həm də Bakıətrafı qəsəbə və rayonlardan keçən prospektlər, yollarda qurumun texnikaları işləyib.
Belə ki, Ziya Bünyadov prospektinin hər iki tərəfi xüsusi texnikalar vasitəsilə yuyulub. Axşam saatlarında prospektdə avtomobillərin nisbətən az olması iş üçün əlverişli şərait yaradıb. Prospektin metronun “20 Yanvar” stansiyası və Qələbə dairəsindən başlayaraq metronun “Koroğlu” stansiyasına qədər olan hissəsi dezinfeksiya edilib.
Müvafiq tədbirlər paytaxtın Nizami və Xətai rayonlarından keçən Qara Qarayev prospektində də dava etdirilib. Prospektin hər iki istiqamətində yuyulma işləri həyata keçirilib.
Sözügedən, texnikalarda daşınan suyun tərkibinə xüsusi dərman preparatları və dezinfeksiyaedici məhlullar əlavə edilib. Sürücülərdən xahiş edilib ki, belə tədbirlər aparılan zaman diqqətli olsunlar.
Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə 21:00-dan 23:00-dək aparılır.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.