Qaynar xətt:

(+99450) 247 90 86

Kəndirbaz vulkanın üstündən keçərkən dəhşətli anlar baş verdi — ANBAAN VİDEO

Kəndirbaz vulkanın üstündən keçərkən dəhşətli anlar baş verdi — ANBAAN VİDEO

ŞOU-BİZNES

1180

11.03.2020, 11:35

Amerika Birləşmiş Ştatlarından olan akrobat Nik Vallenda kəndirlə Nikaraquada aktiv vulkan kraterinin üstündən keçib.

 

Oxu24.com xəbər verir   ki, Bu zaman vulkan püskürməsi daha da aktivləşib. Çıxılmaz vəziyyətdə qalan gimnast huşunu itirməmək üçün qoruyucu maska taxmalı olub. 600 metr yüksəklikdə olan 500 metrlik təhlükəli gəzinti təxminən yarım saat çəkib. Akrobat çətinliklə də olsa, finiş xəttinə çata bilib. Çətin sınağı başa vurandan sonra akrobat bildirib ki, göstərdiyi fənd onun həyatında ən təhlükəlisi olub.

Vallenda istidən və qorxudan tərlədiyini deyib.