Zaur Kamal ümumiyyətlə EFİRDƏ OLMAYACAQ
26 Aprel 2026, 16:19
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1039
02.03.2020, 14:48
“Əgər həmin şəxslər epidemik bölgədən gəlməyibsə, onlar bir yerdə saxlanıla bilər”.
Oxu24.com xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə karantinə alınan şəxslərin çay süfrəsi ətrafında söhbət etmələri ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hətta xaricdə belə insanları ev şəraitində müşahidə altında saxlayırlar:
“Amma epidemiya bölgəsindən (İranın Qum şəhəri) gələn insanlar bir yerdə saxlanılmır. O bölgədən gələn insanlarda kliniki əlamətlər varsa, onlar ayrı-ayrı saxlanılmalıdır. Yayılan videodan da görünür ki, həmin şəxslərdə heç bir kliniki əlamət yoxdur. Yəqin ki, epidemiya olmayan bölgələrdən gəliblər. Belə insanların hər birinin ayrı-ayrı palatalarda saxlanılmasına nə ehtiyac var? Elə bir imkan da yoxdur.
Epidemik bölgədən gəlmək də o demək deyil ki, həmin şəxslərdə koronavirus var. Ola bilər ki, onlarda səthi virus əlamətləri var. Bu əlamətlər koronavirusla oxşardır. Bizdə elə xəstələr var ki, onlarda koronavirus yox, qrip virusu aşkar olunub. Belə kliniki əlamətlər olan şəxslərin heç də hamısında koronavirus aşkar olunmur”.
Həmçinin oxuyun
Qeyd edək ki, sosial şəbəkələrdə Astara xəstəxanasında karantin altına alınan şəxslərin bir-birilə yaxın ünsiyyət qurmasıyla bağlı görüntü paylaşılıb. Onlar bir yerdə maskasız şəkildə oturaraq çay içirlər.
15:54 / 27 Aprel 2026
1
15:52 / 27 Aprel 2026
8
15:47 / 27 Aprel 2026
19
15:17 / 27 Aprel 2026
39
15:11 / 27 Aprel 2026
35
15:04 / 27 Aprel 2026
214
14:53 / 27 Aprel 2026
229
14:43 / 27 Aprel 2026
40
14:41 / 27 Aprel 2026
37
14:33 / 27 Aprel 2026
52
14:26 / 27 Aprel 2026
51
14:18 / 27 Aprel 2026
72
14:13 / 27 Aprel 2026
352
14:11 / 27 Aprel 2026
114
14:00 / 27 Aprel 2026
48
13:59 / 27 Aprel 2026
48
13:56 / 27 Aprel 2026
51
13:48 / 27 Aprel 2026
249
13:46 / 27 Aprel 2026
115
13:20 / 27 Aprel 2026
70
13:18 / 27 Aprel 2026
60
13:17 / 27 Aprel 2026
375
13:12 / 27 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.