Daha bir Xalq artistinin ölüm xəbəri YAYILDI
01 Avqust 2025, 10:58
Qaynar xətt:
(+99450) 247 90 86İlhamə Quliyeva kimin həyat yoldaşı olub? — Mərhum sənətkar haqda maraqlı FAKTLAR
ŞOU-BİZNES
3252
25.05.2025, 09:40
Oxu24.com Xalq artisti İlhamə Quliyeva haqqında materialı təqdim edir.
İlhamə Quliyeva harada anadan olub?
İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda doğulub. Atası prokuror Məzahir Quliyev, anası xanəndə Tükəzban İsmayılovadır.
Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin az müddətdən sonra onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur.
1-ci sinfə Bakıda gedən İlhamə Quliyeva eyni zamanda fortepiano ifaçılığı üzrə təhsil almağa başlayır
İlhamə Quliyevanın ailəsi
O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordeni təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".
***
O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəyir, ancaq Tükəzban xanım da, Həbib müəllim də qəti şəkildə etiraz edirlər.
İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur.
Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir.
***
1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.
1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar bəstələnir.
İlhamə Quliyeva kiminlə evli olub?
İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurur. Ancaq bu evliliyin ömrü çox qısa olur. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.
Həmçinin oxuyun
Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub.
***
İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.
İlhamə Quliyevanın kimi övladlığa götürüb?
Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyevanın tək varisi oğulluğu deyil.
***
Deyilənə görə, müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə, bir sinifdə oxuyan, hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva xatırlayır: “Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbirstanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim..."
Miras qalmaqalında qızının adı hallansa da, müğənninin qohumu Əli Mirəliyev bu fikirləri təkzib edib: "Elə bir şey yoxdur. İlhamə heç vaxt əsl ana olmayıb. Onun uşağı olmayıb".
***
1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: "İlhamə, səninçün yeni mahnılar yazmışam". İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov “Neylərsən” mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.
İlhamə Quliyeva Flora Kərimova ilə küsülü olub?
İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onun adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib və ondan iyirmi beş min manat pul alı
İlhamə Quliyeva nə vaxt vəfat edib?
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir.
26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir...(KULİS.AZ)
13:19 / 03 Avqust 2025
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət - VİDEO
2
12:55 / 03 Avqust 2025
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI - VİDEO
19
12:25 / 03 Avqust 2025
Messi zədələndi
22
12:01 / 03 Avqust 2025
Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?
28
11:01 / 03 Avqust 2025
Rusiyada sunami xəbərdarlığı edildi
102
10:02 / 03 Avqust 2025
Şəhid atası vəfat etdi
47
23:40 / 02 Avqust 2025
21 yaşlı qızı maşın vurub öldürdü
74
23:22 / 02 Avqust 2025
Bu saatlarda qarpız yemək olmaz
98
23:03 / 02 Avqust 2025
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
91
21:45 / 02 Avqust 2025
Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO
88
20:08 / 02 Avqust 2025
“Formula 1”ə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib - FOTO
93
19:20 / 02 Avqust 2025
ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
86
19:03 / 02 Avqust 2025
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu
97
18:43 / 02 Avqust 2025
Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO
126
18:00 / 02 Avqust 2025
Sexdə faciə - Təkər partladı, öldü - VİDEO
98
17:32 / 02 Avqust 2025
Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü
239
16:55 / 02 Avqust 2025
Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır”
99
15:26 / 02 Avqust 2025
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTO
91
12:11 / 02 Avqust 2025
Hava necə olacaq?
152
12:07 / 02 Avqust 2025
Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto
189
11:53 / 02 Avqust 2025
Aktrisamız VƏFAT ETDİ
2343
10:00 / 02 Avqust 2025
40 dərəcə istidə niyə çay içirik?
148
09:50 / 02 Avqust 2025
Toyuq yoxsa mal əti? — Hansı DAHA FAYDALIDIR?
140
09:40 / 02 Avqust 2025
50 yaşdan sonra qadınların uzun və sağlam yaşaması üçün 6 vacib vərdiş
164
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.