Bakı şəhərinin 162 saylı məktəbində intihar edən 15 yaşlı Elinanın daha bir videosu yayılıb.
Oxu24.com -un məlumatına görə, videonu prodüser Tolik yayıb.
Videoda görüntülərin Elinanın özünü atmasından sonra çəkildiyi bildirilir. Məlum olur ki, qız özün də olsa da vaxtında yardım edilməyib. Qeyd olunur ki, o intihara cəhdən sonra uzun müddət sorğu suala tutulub. Məhz buda ölümə səbəb olub.
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. Oxu24.com
ŞƏRHLƏR