Əsgər anası belə aldadıldı -VİDEO
02 Noyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
541
24.09.2026, 09:03
Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzur ərazilərinin uzun müddət erməni işğalı altında qalması həm bu istiqamətdə Azərbaycanın sərvətlərinin talanmasına yol açıb, həm də eyni zamanda Azərbaycanın bu resurslardan istifadəsinə maneə olub. Təbii ki, ərazilər işğal altında olduğu üçün bu sahədə tədqiqatlar aparmaq və həmin resursları iqtisadi dövriyyəyə cəlb etmək mümkün olmayıb.
Oxu24.com xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
“Hazırda bu istiqamətdə dövlət proqramı çərçivəsində dağ-mədən sənayesinin və metallurgiyanın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Proqrama əsasən, yaxın üç ildə bu sahəyə 5,3 milyard manat vəsait ayrılacaq. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kredit və borc vəsaitləri hesabına təmin ediləcək. Dövlət üç il ərzində təqribən 15 min kvadrat kilometr ərazidə axtarış, tədqiqat və istismar işləri həyata keçirəcək, yeni müəssisələr qurulacaq və minlərlə davamlı, dayanıqlı, yüksək maaşlı iş yerləri açılacaq. Proqram uğurla nəticələndiyi təqdirdə bu istiqamətdə ixracın 2,6 dəfə artacağı gözlənilir ki, bu da qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bununla həm də ölkəyə alternativ valyuta daxilolma kanalı genişlənəcək.
Hazırda bilirik ki, bu sahədə ixrac əsasən bir neçə qızıl və alüminium müəssisəsinin hesabına formalaşır. Həm qızıl, həm də qeyri-qızıl - mis, gümüş və digər yataqların istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək, davamlı və dayanıqlı iş yerləri təmin etməklə, vergi ödənişlərini artırmaqla əhalinin rifahının yaxşılaşdırılmasına da töhfə verəcək”, - Xalid Kərimli bildirib.
00:38 / 04 Noyabr 2026
50
00:30 / 04 Noyabr 2026
48
00:29 / 04 Noyabr 2026
89
00:18 / 04 Noyabr 2026
102
00:11 / 04 Noyabr 2026
65
00:10 / 04 Noyabr 2026
122
23:58 / 03 Noyabr 2026
107
23:58 / 03 Noyabr 2026
3388
23:50 / 03 Noyabr 2026
114
23:40 / 03 Noyabr 2026
119
23:34 / 03 Noyabr 2026
112
23:04 / 03 Noyabr 2026
261
22:59 / 03 Noyabr 2026
74
22:52 / 03 Noyabr 2026
108
22:48 / 03 Noyabr 2026
89
22:45 / 03 Noyabr 2026
104
22:33 / 03 Noyabr 2026
123
22:30 / 03 Noyabr 2026
141
22:29 / 03 Noyabr 2026
201
22:25 / 03 Noyabr 2026
88
22:21 / 03 Noyabr 2026
120
22:20 / 03 Noyabr 2026
271
22:18 / 03 Noyabr 2026
813
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.