Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1583
29.01.2026, 12:15
Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.
Oxu24.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.