Bakının bu ərazisində evlər işarələnib: Söküntü BAŞLAYIR - VİDEO
29 Sentyabr 2026, 14:08
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
767
22.01.2026, 13:24
“O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı. Orada hər üçümüzün - Vahid, Seyfulla, Mirşahin rolu eyni idi. Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik. Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlarda isə Vahid edirdi”.
Oxu24.com xəbər verir ki, bu sözləri “Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev deyib.
“AStar” yutub layihəsinin qonağı olan Əməkdar jurnalist illər sonra ANS-lə bağlı danışıb:
“Bəzən iş elə gətirirdi ki, mən xəbərlə daha çox məşğul olurdum, amma bu o demək deyildi ki, yalnız xəbərlər mənim sahəm idi. Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirildi. Ona görə də deməzdim ki, bu konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi. Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik”.
O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:
“ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur. Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam, mən ANS-də işləməmişəm, mən ANS işləmişəm, mən ANS-də olmamışam, mən ANS olmuşam”.
M.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur:
“ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır.
Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm”.
M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə “Real” TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib:
“Mən “Real”ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar? Bəzən mənimlə də ünsiyyətdə olurlar”.
Bu yerdə aparıcı Ülvira Qarayeva repilka verib: “İnan ki, yox…”.
M.Ağayev:
- Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər.
Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm.
Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı demişdi:
“Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da “Azərbaycan” qəzetinin baş redaktoru idi”.
19:57 / 02 Oktyabr 2026
1
19:47 / 02 Oktyabr 2026
20
19:39 / 02 Oktyabr 2026
49
19:36 / 02 Oktyabr 2026
38
19:29 / 02 Oktyabr 2026
51
19:27 / 02 Oktyabr 2026
47
19:22 / 02 Oktyabr 2026
48
19:08 / 02 Oktyabr 2026
95
19:00 / 02 Oktyabr 2026
54
18:59 / 02 Oktyabr 2026
73
18:42 / 02 Oktyabr 2026
54
18:39 / 02 Oktyabr 2026
69
18:36 / 02 Oktyabr 2026
56
18:25 / 02 Oktyabr 2026
104
18:10 / 02 Oktyabr 2026
145
18:10 / 02 Oktyabr 2026
543
17:59 / 02 Oktyabr 2026
65
17:57 / 02 Oktyabr 2026
81
17:50 / 02 Oktyabr 2026
95
17:36 / 02 Oktyabr 2026
69
17:05 / 02 Oktyabr 2026
501
16:56 / 02 Oktyabr 2026
78
16:39 / 02 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.