Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
8063
12.04.2022, 00:58
Qızlıq və ya bəkarət pərdəsi kimi bilinən hissə uşaqlıq yolu Müller qabarcığının (əzələ birləşməsinin) qalığı hesab edilir.
Tibbdə onun fizioloji cəhətdən heç bir vəzifəsi yoxdur.
Embrionun xarici cinsiyyət orqanları dölün 7-12-ci həftə aralığında formalaşmağa başlayır. Oğlan doğulacaq körpələrdə cinsiyyət divarları birləşərək xayaların içində dəri əmələ gətirir. Qız doğulacaq körpələrdə isə cinsiyyət divarları 4 yerə ayrılaraq - xarici və daxili dodaqları formalaşdırır. Nəticədə arada qalan qalıq hissəyə isə Himen (Qızlıq Pərdəsi) deyilir.
Medicina.az insanları məsələ ilə bağlı ən çox düşündürən suallara cavabları təqdim edir.
1. Alimlərin apardığı araşdırmalar göstərib ki, bu orqanın heç bir ciddi funksiyası və orqanizm üçün önəmli rolu yoxdur. Bir qrup alim onu uşaqlıq yolu üçün sədd olduğunu desə də, digər bir qrup forması etibarilə onun bu nəzəriyyəyə cavab vermədiyini deyir.
2. Canlılar arasında yalnız insanlarda deyil, bəzi heyvanlarda da qızlıq pərdəsi mövcuddur. Himen (qızlıq pərdəsi) bir çox məməli heyvanlarda - siçan, at, lemur, donuz və s. mövcuddur. Lakin insanlardan fərqli olaraq, heyvanlarda hymen cinsi əlaqə zamanı deyil, müəyyən dövrdə öz-özünə parçalanır.
3. Himen müxtəlif formalara malikdir. Hətta anadangəlmə onun mövcud olmaması da tibbi cəhətdən təsdiqlənib. Himen orta hesabla 2000 qadın arasında 3 nəfərdə anadangəlmə olmaya bilər.
4. Elastik himenlər elmi cəhətdən az olsa da, rast gəlinən haldır. Belə himen cinsi əlaqə zamanı yırtılmır, yalnız dartılır və qadın təbii yolla uşaq dünyaya gətirəndə parçalanır. Bu da tibdə təsdiq olunmuş bir faktdır. Bu səbəbdən ilk cinsi əlaqə zamanı qanın olmaması heç də o demək deyil ki, qız bundan əvvəl cinsi əlaqədə olub.
5. Hazırda "tibb sahəsində yenilik" adlandırılan himenin cərrahi üsulla bərpası qədim zamanlardan mövcuddur. Qadınlar isti qatran metodu ilə özlərini "müalicə" edə bilirdilər. /publika.az/
17:00 / 31 Oktyabr 2026
25
16:58 / 31 Oktyabr 2026
210
16:52 / 31 Oktyabr 2026
40
16:50 / 31 Oktyabr 2026
49
16:45 / 31 Oktyabr 2026
70
16:22 / 31 Oktyabr 2026
342
16:06 / 31 Oktyabr 2026
217
16:02 / 31 Oktyabr 2026
130
15:52 / 31 Oktyabr 2026
104
15:40 / 31 Oktyabr 2026
82
15:38 / 31 Oktyabr 2026
180
15:36 / 31 Oktyabr 2026
83
15:27 / 31 Oktyabr 2026
663
13:49 / 31 Oktyabr 2026
155
13:37 / 31 Oktyabr 2026
1119
13:35 / 31 Oktyabr 2026
138
13:00 / 31 Oktyabr 2026
199
12:52 / 31 Oktyabr 2026
298
12:42 / 31 Oktyabr 2026
5173
12:28 / 31 Oktyabr 2026
127
12:23 / 31 Oktyabr 2026
1425
12:10 / 31 Oktyabr 2026
99
11:42 / 31 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.