Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
3651
03.06.2020, 12:51
Azərbaycanda tükürpədici hadisənin illər sonra şok təfərrüatı üzə çıxıb.
Oxu24.com xəbər verir ki, Ucar rayonu,Küçəkənd kəndi ərazisində özünü asaraq intihar edən gəncin telefonda intihardan əvvəl şok səs yazısı tapılıb.
Hadisə ilə bağlı Oxu24.com saytına açıqlama verən Əfruz Umarova bildirib ki, oğlu Şəmistan Umarov 14.08.2018-ci il tarixində yaşadığı evin tövləsində özünü asaraq intihar edib.
Qadının sözlərinə görə, oğlunun asılmış meyitini bibisi Xuraman tapıb.
“Oğlumun asılmış meyitini bibisi görüb. Artıq onu tapanda ölmüşdü.Sonra onun mobil telefonunda baxanda səs yazısını tapdıq. Səs yazısı intihardan bir neçə dəqiqə əvvəl qeydə alınıb. Oğlum orada onu intihar etməyə məcbur edən şəxslərin adını açıqlayıb.”
Əfruz Umarovanın sözlərinə görə, oğlu Şəmistan Nərgiz adlı qızla ailə həyatı qurub. Övladları doğulana qədər ailədə hər şey normal olub. Daha sonra söz-söhbətlər baş verdikdən sonra qız atası evinə gedib.
“Gəlinimiz acıq edib atası evinə getmişdi. Oğlum da onun arxasınca getdi. Amma evə gəlməkdən imtina etdi gəlin. Bu hadisədən sonra gəlinin anası və qardaşları oğluma təyziq etməyə başladı. Ona hədə-qorxu gəlirdilər. Şəmistan bu hədə-qorxulardan bezdiyi üçün özünü asıb. Özünün yazdığı səs yazısına hər şeyi açıq deyib. Onun telefonundan “Salam, bu səsi yazıram ki, məni Hikmət, Minayə bir də Nəsib məcbur etdi ki, özümə qəsd edəm.Telefonu axtarıb səs yazımı tapsınlar.Anam,ailəm ,uşağım size çox sevirəm.Hələlik, məni məcbur edən bu insanlar oldu”.”
(İntihar edən şəxsin anası)
Əfruz Umarovanın sözlərinə görə səs yazısında adı hallanan şəxslərdən Minayə oğlunun qayınanası digər şəxslər isə onun qayınlarıdır.
Həmçinin oxuyun
Qadın açıqlamasında bildirib ki, bu səs yazısının olmasına baxmayaraq adları hallanan şəxslər məsuliyyətə cəlb edilməyib. Ananın bu gün narahatlığı da məhz bununla bağlıdır.
“Həmin adamlar indi də kiçik oğlumu ölümlə hədələyir. Qorxuram ki, ona də nəsə olar. Hədə-qorxularla bağlı dəfələrlə rəsmi şəkildə şikayət etmişəm. Amma heç bir nəticə yoxdur. Gəlib evimizdən qızımın əşyaların aparıblar. Xahiş edirəm ki, bununla bağlı tədbir görülsün.”
Oxu24.com istintaq materialları ilə tanış olub. Materiallardan məlum olur ki, iş müstəntiq, II dərəcəli hüquqşünas Elvin Teymurzadənin icrratında olub. İş üzrə təyin edilmiş məhkəmə-fofonskopik ekspertiziyasının qəraraına görə, 31.01.2019-cu il tarixli 758 nömrəli rəyində göstərir ki, qeyd olunan səs montaj deyil.Ekspertiza qərara gəlib ki,intihar edən şəxsdə yüngül dərəcəli əqli gerilik xəstəliyinin kəskinləşməsi prosesi baş verib.Bu səbəbdən də intihar edib. Bu səbəbdən də cinayət işinin başlanmasına xitam verilib.
Qadın bu rəylə razı olmadığını bildirib.
“Mənim oğlum əqli cəhətdən qüsurlu olsaydı hərbi xidmətə gedə bilməzdi.O normal insan idi.İşləyirdi, sürücülük vəsiqəsi var idi. Mal-qoyun alveri ilə məşğul olurdu. Sizcə, əqli geriliyi olan şəxs bu işləri görə bilərmi?Bizdə o rəyin verilməsində müəyyən şübhələr var. Bununla bağlı cənab Baş prokuror Kamran Əliyevə də rəsmi müraciət etmişik. Ümid edirəm ki, cənab prokuror bu məsələyə ədalətli qərar verəcək. Mənim istəyim ailəmizə qarşı təyziqlərin dayandırılması və günahı olan şəxslərin cəzalandırılmasıdır.”
Oxu24.com intihar edən şəxs Şəmistan Umarovun intihardan əvvəl qeydə aldığı səs yazısını təqdim edir:
13:51 / 20 Fevral 2026
15
13:38 / 20 Fevral 2026
396
13:30 / 20 Fevral 2026
145
13:21 / 20 Fevral 2026
41
13:12 / 20 Fevral 2026
67
13:10 / 20 Fevral 2026
1306
13:03 / 20 Fevral 2026
98
12:52 / 20 Fevral 2026
33
12:45 / 20 Fevral 2026
43
12:41 / 20 Fevral 2026
438
12:39 / 20 Fevral 2026
45
12:22 / 20 Fevral 2026
38
12:17 / 20 Fevral 2026
39
12:07 / 20 Fevral 2026
49
11:54 / 20 Fevral 2026
151
11:40 / 20 Fevral 2026
291
11:37 / 20 Fevral 2026
43
11:26 / 20 Fevral 2026
41
11:16 / 20 Fevral 2026
104
11:08 / 20 Fevral 2026
157
11:00 / 20 Fevral 2026
51
10:56 / 20 Fevral 2026
51
10:54 / 20 Fevral 2026
40
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.