Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
4073
06.03.2020, 15:23
İranda daha 17 nəfər virusun qurbanı olub.
Oxu24.com IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 234 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 4 747 nəfərə çatıb. Eyni zamanda 15 981 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirilib.
K.Cahanpur həmçinin 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Qeyd edək ki, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 162-ə çatıb. Bunların 55 812 nəfəri sağalıb, 3 406 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.