"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
6088
27.04.2021, 11:44
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edildi.
Oxu24.com xəbər verir ki, sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:
- Hüseynbala müəllim, necəsiniz?
- Babatam
- Məlum video ilə bağlı nə deyə bilərsiniz?
- Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.
- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?
- Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri "Facebook"da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım".
- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?
- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır.
15:36 / 12 Noyabr 2026
89
15:15 / 12 Noyabr 2026
1
15:12 / 12 Noyabr 2026
58
14:15 / 12 Noyabr 2026
109
14:04 / 12 Noyabr 2026
294
13:59 / 12 Noyabr 2026
260
13:55 / 12 Noyabr 2026
108
13:45 / 12 Noyabr 2026
184
13:36 / 12 Noyabr 2026
226
13:29 / 12 Noyabr 2026
108
13:21 / 12 Noyabr 2026
124
13:20 / 12 Noyabr 2026
148
13:18 / 12 Noyabr 2026
470
13:16 / 12 Noyabr 2026
141
13:07 / 12 Noyabr 2026
404
13:04 / 12 Noyabr 2026
101
13:00 / 12 Noyabr 2026
100
12:40 / 12 Noyabr 2026
116
12:25 / 12 Noyabr 2026
152
12:05 / 12 Noyabr 2026
147
11:55 / 12 Noyabr 2026
131
11:50 / 12 Noyabr 2026
152
11:36 / 12 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.