Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Azərbaycana "İsgəndər" raketini bu zamanda atıbmış - SENSASSİON DETALLAR

Ermənistan Azərbaycana \\\"İsgəndər\\\" raketini bu zamanda atıbmış - SENSASSİON DETALLAR

MÜSAHİBƏ

9110

03.04.2021, 20:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Calibre.az-a müsahibə verib.

Oxu24.com  sözügedən müsahibəni təqdim edir:

Samir müəllim, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurdu. Bu mövzuda fikrinizi bilmək istərdim?

Bildiyiniz kimi, Vətən müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi aparılır. Konkret olaraq işğaldan azad olunmuş Şuşa şəhərinin ərazisində Minatəmizləmə Agentliyi tərəfindən 2020-ci ilin dekabr ayından təmizləmə əməliyyatı həyata keçirilir. Bu müddət ərzində aparılmış təmizləmə əməliyyatı zamanı 234 000 kv.m (23,4 ha) ərazi yoxlanılmış, 686 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir. Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən 183 ev və həyətyanı sahə, 11 çoxmərtəbəli bina yoxlanılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Cari ilin 15 mart tarixində Agentliyin əməkdaşları tərəfindən şəhər ərazisində aparılan təmizləmə əməliyyatı zamanı 2 ədəd partlamış raketin qalıqları aşkar edilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən raketin üzərində olan identifikasiya nömrəsinə (9M723) baxış zamanı və aparılmış əlavə araşdırma nəticəsində onun “İsgəndər-M” raketi olduğu müəyyən olunmuşdur. Bu günədək Agentlik tərəfindən Şuşa şəhəri ərazisində qeyd olunan raketlərdən birinin partlayış çalası aşkar edilmişdir. Hər iki raketin tapıldığı yerin dəqiq koordinatları artıq kütləvi informasiya vasitələrində yayılmışdır.

Məlumat üçün bildirim ki, qeyd olunan raketin NATO kod adı “SS-26 STONE”, maksimal uçuş məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 m, raketin döyüş başlığının çəkisi 480 kq-dək, başlanğıc çəkisi 3 800 kq-dır.

Samir müəllim, siz qeyd etdiniz ki, hər iki raket partlamış şəkildə aşkar edilib. İki raket atılıbsa, necə olur ki, yalnız bir çala aşkar edilib?

Bəli, hər iki raket partlamış halda aşkar edilib. Qeyd etdiyiniz məqam bizdə də suallar doğurur. Bu kimi güclü raketlərin partlaması nəticəsində müəyyən diametrdə çala və ya digər hiss edilən izlər yaranır. Qeyd etdiyim kimi, biz yalnız bir çala aşkar etmişik. Təmizləmə prosesi davam edir və yeni önəmli tapıntılar olacağı təqdirdə, əlavə məlumat verəcəyik. Elə də ola bilər ki, xoşbəxtlikdən raketlərdən biri böyük dağıntı törətməyib.

Raketin tam gücü ilə partlamaması barədə də əsaslı ehtimallar irəli sürmək olar. Çünki raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq vardır. Bununla bərabər, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.

Ermənistan mətbuatında yayılan məlumatlarda “İsgəndər” raketlərinin müharibənin son günlərində, yəni Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunduğu ərəfədə istifadə edildiyi qeyd edilmişdir. Bu barədə nə deyə bilərsiniz?

Raketlərin konkret olaraq hansı tarixdə atıldığını demək bizim üçün bir az çətindir. Böyük ehtimalla Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən sonra hərbi baxımdan çıxılmaz vəziyyətə düşən Ermənistan irəliləyən Azərbaycan Ordusunun qarşısını almaq, hərbçilərimiz arasında kütləvi tələfat törətmək məqsədilə bu raketlərdən istifadə edib. Maraqlıdır ki, başqa vaxt Şuşanı öz şəhərləri kimi təqdim etməyə can atan düşmən bir anda onu tam olaraq dağıtmağa cəhd etmişdir. Bu bir daha göstərir ki, Şuşanın ermənilərə heç bir bağlılığı yoxdur.

Eyni zamanda, bu raketlərin atılması ilə Şuşa şəhərini azad edən hərbçi qulluqçularımız arasında tələfat törətmək məqsədinə nail olunmamışdır.

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

94

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

77

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

139

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

87

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

100

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

94

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

102

0
Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

21:26 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

1136

0
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

21:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

113

0
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

21:04 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

108

0
Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

20:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

361

0
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

20:42 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

140

0