"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1285
14.12.2020, 21:12
Haqqin.az və virtualaz.org saytlarının rəhbəri, hazırda işğaldan azad edilmiş ərazilərdə ezamiyyətdə olan jurnalist Eynulla Fətullayev bu gün Kəlbəcərdə, Zod aşırımında olub. Və orada, sərhəddə dayanan düşmən əsgərlərini danışdırıb.
Onun bildirdiyinə görə, Azərbaycan Ordusunun blok-postu ilə Ermənistan ordusunun blok-postu arasında məsafə təxminən 20 metr təşkil edir. Və Zod qızıl yatağı hazırda demək olar ki, bütünlüklə ordumuzun nəzarəti altındadır.

“Yataqda illərdir qanunsuz hasilat işləri aparan “GeoProMining” şirkətinin bütün texnikası, qızıl zavodunun tikililəri Azərbaycan Ordusunun nəzarəti altındadır. Əsgərlərimiz Azərbaycanın dövlət sərhədinin bərpasını tam təmin edib və burada qurulan blok-postda keşik çəkir. Ermənistan ordusunun blok-postu isə lap yaxınlıqda yerləşir. Kəlbəcərin füsunkar təbiətini seyr etməklə doymaq olmur, hazırda burada yüngül şaxta var, təxminən 2-3 dərəcə. Amma şaxtaya baxmayaraq hava çox mülayimdir”,-E.Fətullayev bildirib. O, Zod aşırımından çəkdiyi fotoşəkilləri də operativ olaraq redaksiyamıza göndərib.
E.Fətullayev deyir ki, jurnalist marağı ona üstün gəlib və Azərbaycan Ordusunun blok-postundan qarşı tərəfdə dayanan düşmən əsgərlərini səsləyib.
“Rus dilində onları səslədim, “bura gəlin” dedim. Çox keçmədən bir qrup erməni əsgəri bizim postumuza tərəf gəldi, jurnalist olduğumu, Bakıdan gəldiyimi dedim. Onlara bir-iki sual da verdim. “Erməni KİV-ləri və sosial şəbəkələri neçə gündür burada hansısa qarşıdurmaların yaşandığını yazır, bu doğrudurmu” deyə onlardan soruşdum. Cavab verdilər ki, bu yalandır, heç bir qarşıdurma yoxdur və məsələ yoluna qoyulub”,-E.Fətullayev bildirib. O, əlavə edib ki, Ermənistan əsgərləri dövlət sərhədinin digər tərəfində, yəni öz ərazilərində keşik çəkirlər.
Xatırladaq ki, Ermənistan 10 noyabr üçtərəfli razılaşmasına əsasən Kəlbəcəri noyabrın 25-də boşaldıb, rayon Azərbaycan Ordusunun nəzarətinə keçib. Ermənilər Kəlbəcəri boşaldandan sonra Zod qızıl mədənini öz nəzarətində saxlamaq məqsədi ilə sərhədin bu hissəsində Azərbaycan ərazilərinin təxminən 1.5 kilometr içərilərinə doğru darvaza qoymuşdular və yolu bağlamışdılar. Lakin Azərbaycan Ordusu həmin darvazanı götürüb və dövlət sərhədini bərpa edib.

23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.