Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43239
az

“Müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq” – Aslan İsmayılov

22:5902 Dekabr, 2020
1326
MÜSAHİBƏ
  • A

“1 dekabr tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli bəyanat tam yerinə yetirildi. Azərbaycan özünə məxsus 7 rayonu tam qaytardı. Müharibə dayandı. Dağlıq Qarabağda erməniləri müharibəyə qədər ərazilərdə Azərbaycan vətəndaşları kimi yaşamaqda davam edirlər. Azərbaycan Prezidenti onların ölkə vətəndaşları kimi qanunlarımıza tam riayyət edəcəkləri təqdirdə təhlükəsiz yaşayacaqlarına, Azərbaycan vətəndaşlarına məxsus bütün hüquqlardan istifadə edəcəklərinə təminat verdi. Azərbaycan Prezidenti İlham Əliyev tək Azərbaycanda yox, bütün bölgədə sülh arzuladığını və bunun üçün əlindən gələcəyini edəcəyinə söz verdi. Bundan sonra, yenidən müharibənin başlamaması artıq Azərbaycandan çox Siz, dünyada sülh arzulayanlardan, müharibə istəməyənlərdən asılıdır. Yaşıma, həyat təcrübəmə və bu prosesi dərindən bilən şəxs kimi deyirəm ki, bu proses çox çətin, ağrılı, daha çox Sizdən asılı olacaq və müddət tələb edəcək. Bir daha təkrar edirəm, bu konfliktin başlaması Azərbaycan və Ermənistandan da çox bu prosesə müdaxilə edən digər ölkələr və onların aktiv ictimai, siyasi xadimləri hesabına baş verdiyindən, bitməsi də bizim ölkələrdən çox onların davranışından asılı olacaq”.

Oxu24.com -un  xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, razılaşmanın başlanmasının ilk günlərindən göründüyü kimi bu iki ölkənin taleyi ilə oynamaq, bu iki ölkənin bədbəxtliyi üzərindən öz çirkin siyasi, şəxsi maraqlarını həyata keçirmək istəyən çoxlu sayda ölkələr və həmin ölkələrin tanınmış siyasi, ictimai xadimləri var: “Onlar heç müharibənin bitməsini, sazişin icra edilməsini də gözləmədən dərhal öz çirkin əməllərinə başladılar. Bunun üçün uzağa getmək lazım deyil. Bəyanatın icrasının başlanmasından 15 gün keçmiş Fransa Senatı bu müharibənin yenidən alovlanmasına səbəb olacaq, çox çirkin niyyətlər güdən “Dağlıq Qarabağın tanınması” adlı qətnamə qəbul etdi. Bu siyasət avantüristləri heç özlərinə sual da vermədilər ki, nə üçün müharibə edən iki ölkə razılığa gəldikləri halda, bunlar yenidən aranı qızışdırmaq, bölgədə müharibəni biznesə çevirmiş, iki xalqın bədbəxtliyinə, on minlərlə gənclərinin ölümünə səbəb olmuş bir qrup cinayətkar dəstəyə yeni bir şans verdilər. Əslində heç kim üçün sirr deyil ki, Fransa Türkiyə ilə aralarında olan gərginliyə görə bölgədə sülh yaratmaq üçün çalışmış və bunun hesabına bölgədə nüfuz qazanmış Türkiyədən qisas almağı düşünür. Bu təxribatçı qərarı qəbul edənlər nə üçün özlərinə sual vermədilər ki, bu konfliktin həll olunması üçün həmsədr ölkə olan Fransa hansı səbəbdən 27 il ərzində bu problemin həll edilməsi üçün bir addım belə atmadı. Nə üçün 27 ildir doğma torpaqlarından didərgin salınmış 1 milyon müsəlman azərbaycanlının faciəsinə, qaçqın həyatına biganə qalan Fransa məskunlaşdıqları ərazilərdə yaşamaqda davam edən, sadəcə, separatçılıq eşqinə düşüb ayrıca dövlət olmaq istəyən 80-100 min xristian ermənin taleyi haqqında bu qədər canfəşanlıq edirlər. Nə üçün BMT Təhlükəsizlik Şurasının daimi olaraq elə həmin Şuranın 4 qətnaməsinin icra olunmasına görə birbaşa məsuliyyət daşıyan Fransa dövləti bu yolda bir qərar elan etməyib, həmin qərarların ziddinə gedən, beynəlxalq hüquqa zidd qətnamə qəbul edir. Axı, Fransada Dağlıq Qarabağda yaşayan ermənilərdən 10 dəfə çox erməni yaşayır və nə Marsel, nə də digər Fransa şəhərləri onlara dövlət qurmaları üçün verilir. Bizlərə bu da aydındır. Məhz bu konflikt həll olunmaması hesabına bəzi Fransa siyasi xadimləri həm Azərbaycandan, həm də Ermənistandan bu illər ərzində həm siyasi, həm də iqtisadi baxımdan qazanc əldə etdi və bu gün də bu məqsədlərini gizlətmirlər, vaxtilə Liviyada etdikləri murdarlıqları burada da təkrarlamaq istəyirlər. Bəyanat imzalanan kimi gizlənmiş, müharibə istəyən, artıq siyasi cəhətdən ölmüş işbazlar dərhal dirildilər və bu razılaşmanı əllərində bayraq edib yeni müharibədən, revanşdan danışmağa başladırlar. Əminəm ki, Fransa təcrübəsinin təkrarlanacağı təqdirdə bölgədə yeni və miqyası ilə bu günlərdə baş verən müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq. Bu konfliktin Sizin bilmədiyiniz çox təhlükəli bir tərəfini də açıqlayım. Bu bölgə dünyada mövcud olan bütün dinlərə məxsus xalqların çox sıx yaşadığı məkandır və tarix boyu xalqlar bu bölgədə dinc, bir-birinin dinlərinə, dillərinə, adət-ənənələrinə hörmətlə yanaşıblar, çünki bu amillərin çox həssas olduğunu biliblər. Bu gün bəzi siyasət dəllaları bölgədə müsəlman-xristian qarşıdurması yaratmaq üçün əllərindən gələni edirlər. Sizin üçün bu hiss olunmasa da, bizə çox aydın görünür. Bu gün bəzi ölkələrdə bilərəkdən Azərbaycan tərəfindən yalandan xristian dini məbədlərin dağıdılması mifi yaradılır. Bunu da bölgədə yaşayan əksəriyyət müsəlmanlar görür və hamısı da sual qaldırır ki, nə üçün 27 ildir işğal olunmuş ərazilərdə yüzlərlə müsəlman məscidlərinin, tarixi, mədəni, arxeoloji abidələrinin məhv edilməsinə susanlar indi müsəlman Azərbaycanı yalandan “xristian məbədlərini dağıdan” kimi qələmə verirlər. Məlumat üçün onu da bildirim ki, Ermənistan regionda yeganə monoetnik dövlətdir, Azərbaycan isə polietnik, çoxkonfessiyalı dövlətdir. Bu gün ölkəmizdə alman lüteran katolik, rus pravoslav kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərir, erməni qriqroyan kilsəsi belə Bakının mərkəzində qorunur. Bu cür, açıq-aşkar qərəz əhalinin müsəlman kəsimini çox narazı salır və bundan istifafə edib xristianların bütün dünyada müsəlmanlara qarşı səlib yürüşü başladıqlarını elan edən bəzi müsəlman dinindən uzaq olan işbazların dəyirmanına su tökür. Buradan hansı tərəfin haqlı olub olmaması barədə bilərəkdən fikir bildirmirəm və bu sahədə maraqlı olan, ədalət axtaran ölkələrdən, ictimai, siyasi xadimlərdən Azərbaycana gəlib yerində hər şeyi görüb fikir bildirmələrini xahiş edirəm. Əmin olun ki, bölgə əmin amanlığa çox yaxındır və bu şansı əldən vermək lazım deyil. Bilin ki, bu bölgədə bir daha münaqişə yaranarsa, o, bütün dünyanı alovlandıracaq. Hörmətli Xanımlar və Cənablar! Bu bölgədə baş verənlərə həssas, ədalətli yanaşmanızı və ən əsası yayılan hər fikri yerində yoxlamağı və dürüstlüyünə əmin olduqdan sonra bölüşmənizi xahiş edirəm. Əminəm ki, Siz ancaq ədalətli mövqeyinizlə bölgədə sülhün və əmin amanlığın yaranmasına yardımçı ola bilərsiniz”. (Pravda.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi