Məleykə Abbaszadə imtahan sualları və dəyişikliklə bağlı mühüm suallara CAVAB VERDİ
14 May 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
864
07.04.2026, 10:20
Ailə dəyərlərinin aşınması, nəzarətsizlik və sosial şəbəkələrin qurbanı olan onlarla uşaq... Onlar indi haradadır? Cinsi və fiziki zorakılığa məruz qalan o yeniyetmə qızların taleyi necə dəyişir?
Oxu24.com-un suallarını Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə cavablandırır.
— Kəmalə xanım, bu gün sığınacaqlara və uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayı az deyil. Bu uşaqları ailədən qoparıb bura gətirən əsas səbəblər nələrdir?
— Bilirsiniz, əsas problem uşaqların diqqətdən kənarda qalması və ailə dəyərlərinin aşağı olmasıdır. Uşaq nəzarətsiz qalan kimi ya sosial şəbəkələrin, ya da yaşıdlarının və özündən böyüklərin mənfi çevrəsinə düşür. Bu da sonda onları sığınacaqlara gətirib çıxarır. Bizim müəssisəyə yerləşdirilən uşaqların demək olar ki, hamısı qızlardır. Və acınacaqlı odur ki, bu qızlar fiziki, cinsi zorakılığın və psixoloji şiddətin qurbanlarıdırlar. Həm məişət daxili zorakılıq, həm də sosial şəbəkə tələsinə düşən yeniyetmələrimiz çoxdur.
— Sığınacağın qapısından içəri girən o uşaqların ilk reaksiyası necə olur? Onları yenidən həyata necə qaytarırsınız?
— İlk addımımız adaptasiya prosesidir. Uşaq hiss etməlidir ki, bura təhlükəsizdir. Hazırda bizdə Türkiyədən dəvət olunmuş peşəkar psixoloqlar çalışır, eyni zamanda Bakı Psixologiya Mərkəzi bizə böyük dəstək verir. Elə uşaq var adaptasiyası bir ay çəkir, eləsi var üç ay. Amma bizim üçün ən önəmli məsələ təhsildir. Sığınacağa gələn uşaqların 90%-i vaxtilə təhsildən kənarda qalmış uşaqlardır. Biz onların yarımçıq qalmış təhsilini bərpa edirik.
—Hazırda sığınacaqda neçə uşaq var və onların gələcək karyerası üçün hansı addımlar atılır?
— Qeydiyyatımızda 53 uşaq var. Onlardan 12-si hazırda müalicədədir, 35-i isə buradadır. Sevindirici haldır ki, 16 qızımız peşə liseylərində, kollec və universitetlərdə oxuyur. Hətta 10 qızımız SOCAR-ın xüsusi təhsil proqramına cəlb olunub. Onlar 10 ay müddətində 5 ixtisas üzrə hazırlaşırlar və təcrübəni də SOCAR müəssisələrində keçəcəklər. Bitirdikdən sonra isə işlə təmin olunacaqlar. Biz onlara həm də peşə və gələcək veririk.
— Sığınacaqda bir gün necə keçir? Eşitdiyimizə görə, burada çox maraqlı və nizam-intizamlı bir mühit var...
— Bizim sabahımız saat 5-də açılır. Saat 05:30-da səhər yeməyi başlayır. Çünki liseyi, məktəbi uzaqda olan uşaqlarımız var. Bir məqamı xüsusi qeyd edim: mənim sığınacaqdakı hər bir qızım məktəbə, kollecə hörüklə gedir. Onların çantasına hər gün yeməyi, meyvəsi mütləq qoyulur.
Dərsdən qayıdan kimi art-terapiya, xor dərnəyi, rəqs saatları və motivasiya təlimləri başlayır. Balacalarımız üçün bağça məşğələləri, tamaşalar hazırlayırıq. Özümüzün kiçik aktyorlarımız var, sərgi və konsertlərdə iştirak edirlər. Burada həyat çox qaynardır. Saat 21:00-da balacalar, 23:00-da isə böyüklər yuxuya gedir. Yalnız universitetə hazırlaşan abituriyentlərimizə gecə saat 12-yə qədər icazə veririk.
— Qanunvericilik tərəfi necə tənzimlənir? Məsələn, o uşaqların işləməsi və ya qəyyumluğu məsələsi...
— 14 yaşdan yuxarı uşaqların işləməsi valideyn razılığı və qanun çərçivəsində tənzimlənir. Bir çox hallarda uşaqlar rəsmən mənim qəyyumluğumda olduğu üçün müqavilələr mənimlə bağlanır. Onların hər bir addımı həm hüquqi, həm də psixoloji nəzarət altındadır. Bizim məqsədimiz bu uşaqları cəmiyyətə sındırılmış qurban kimi deyil, təhsilli və öz ayaqları üstə duran fərdlər kimi qaytarmaqdır.
— Aydındır. Təşəkkür edirik, Kəmalə xanım!
— Təşəkkürlər!
Müsahibəni apardı: Çimnaz Telmanqızı
02:40 / 18 May 2026
70
02:18 / 18 May 2026
208
02:05 / 18 May 2026
275
01:43 / 18 May 2026
152
01:36 / 18 May 2026
458
01:33 / 18 May 2026
113
01:19 / 18 May 2026
313
01:17 / 18 May 2026
93
01:14 / 18 May 2026
85
19:32 / 17 May 2026
116
19:27 / 17 May 2026
144
19:12 / 17 May 2026
2659
19:02 / 17 May 2026
122
19:00 / 17 May 2026
117
18:43 / 17 May 2026
623
18:41 / 17 May 2026
111
18:39 / 17 May 2026
109
18:37 / 17 May 2026
113
18:35 / 17 May 2026
134
17:32 / 17 May 2026
255
17:28 / 17 May 2026
116
17:27 / 17 May 2026
114
17:25 / 17 May 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.